/ / Tovuzda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Qorunan irs, inkişaf edən sənət” mövzusunda tədbir keçirilib
Tovuzda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Qorunan irs, inkişaf edən sənət” mövzusunda tədbir keçirilib
11.04.2025 [17:07]
11 aprel tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tovuz rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatı, Tovuz Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Qorunan irs, inkişaf edən sənət” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayon üzrə nümayəndəsi Adil Həsənov və rayonun mədəniyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan meydanda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmişlər. Ardınca Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.
Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlamışdır. Daha sonra Mədəniyyətə dəyər: Heydər Əliyev İrsindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbir YAP Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahovun “Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Qorunan irs, inkişaf edən sənət” mövzusunda məruzəsi ilə davam etdirilib. Nihad Pənahov çıxışında Ulu Öndər Heydər Əliyevin milli-mədəni dəyərlərin qorunması və inkişafı istiqamətində apardığı məqsədyönlü siyasətin əhəmiyyətindən bəhs etmiş, onun rəhbərliyi ilə milli mədəniyyətin müxtəlif sahələrində əldə olunan uğurlar barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. O, həmçinin qeyd etmişdir ki, bu siyasət bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova öz çıxışında Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsində gördüyü işlərin əhəmiyyətindən danışaraq qeyd edib ki, ümummilli liderin rəhbərliyi dövründə Azərbaycan mədəniyyətinə göstərilən diqqət və qayğı milli irsimizin qorunmasına və inkişafına böyük töhfə vermişdir. Təranə Bayramova bildirib ki, Heydər Əliyev mədəniyyəti millətin yaddaşı, kimliyi və mənəvi dayağı kimi dəyərləndirərək bu sahənin inkişafına sistemli yanaşmanı əsas tutmuşdur. O, əlavə edib ki, bu siyasətin bu gün də ölkə rəhbərliyi tərəfindən davam etdirilməsi regionlarda mədəni mühitin inkişafına mühüm təsir göstərir.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğının hər zaman sistemli və davamlı şəkildə həyata keçirildiyini vurğulayaraq qeyd edib ki, bu siyasət nəticəsində ölkənin müxtəlif bölgələrində mədəniyyət mərkəzləri, muzeylər və digər mədəniyyət ocaqları yaradılmış, milli-mədəni irsin qorunması istiqamətində mühüm işlər görülmüşdür. O, həmçinin bildirib ki, bu siyasət bu gün də uğurla davam etdirilir və regionlarda mədəni həyatın canlanmasına xüsusi töhfə verir.
Daha sonra çıxış edən Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbinin direktoru Xəyal Nağıyev bildirib ki, Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək dəyər, onların fəaliyyətinin dövlət səviyyəsində qiymətləndirilməsi yeni nəslin yaradıcı potensialının inkişafına geniş imkanlar açmışdır. O, qeyd edib ki, bu gün ölkənin hər bir bölgəsində uşaqların musiqi və sənət təhsili alması üçün yaradılan şərait, birbaşa Ulu Öndərin mədəni siyasətinin davamı olaraq dövlət rəhbərliyi tərəfindən dəstəklənir.
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qasımova çıxışında Heydər Əliyevin tarixi yaddaşın qorunmasına və milli kimliyin əsas dayaqlarından olan muzeylərin fəaliyyətinin gücləndirilməsinə verdiyi önəmi diqqətə çatdırıb. O, vurğulayıb ki, Ulu Öndərin təşəbbüsü ilə bir çox tarixi abidələr və muzeylər bərpa edilmiş, həmçinin yeni muzeylər yaradılmışdır. Bu irs bu gün ölkə rəhbərliyi tərəfindən uğurla inkişaf etdirilir.
MKS-nin (Mərkəzləşdirilmiş Kitabxana Sistemi) şöbə müdiri Aynurə Yahyayeva isə öz çıxışında qeyd edib ki, Heydər Əliyevin maariflənmə və kitab mədəniyyətinin inkişafına verdiyi töhfələr bu sahədə əsaslı dönüş nöqtəsi olmuşdur. Onun təşəbbüsü ilə kitabxanalar yenidən qurulmuş, müasir informasiya texnologiyaları ilə təmin olunmuşdur. Bu gün də mədəniyyət siyasətinin tərkib hissəsi olaraq kitabxanaların funksiyası daha da genişlənmiş, gənclərin maarifləndirilməsi istiqamətində mühüm platformaya çevrilmişdir.
Tədbirin sonunda Tovuz rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilmiş, sonra tədbir mədəniyyət ustalarının ifaları ilə davam etdirilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilmişdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

