Erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyası genişdir
02.04.2025 [13:59]
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri
Zaman hadisələri düzgün dəyərləndirmək üçün zəngin mənbədir. Tarixi faktlar sübut edir ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Ermənilər himayədarlarının dəstəyi ilə tarixi saxtalaşdırıb, özlərinə saxta tarix yazsalar da, yalan təbliğatın ömrünün uzun olmamasının fərqində idilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və sair kimi faciələrimiz erməni vəhşiliklərinin heç bir sərhəd tanımadığını bir daha bütün dünyaya göstərdi. Xocalı qətliamı Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu. Bunlar tarixi faktlardır.
Xalqımızın başına gətirilən soyqırımılara siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev verdi. Ümummilli Liderin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Sözügedən sənəd məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına, araşdırmaların miqyasının genişləndirilməsinə təkan verdi. Fərmanda ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Tarixi araşdırmaların miqyası genişləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakmimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olması səbəbsiz deyildi. Dahi şəxsiyyət tarixin saxtalaşdırılmasına yol verilməməsini qarşıya mühüm vəzifə kimi qoydu. Son 21 ildən artıq dövrdə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətində də tariximizin öyrənilməsinə, indiki və gələcək nəsillərə çatdırılmasına çağırışlar əsas yer tutur. Cənab İlham Əliyev tarixi araşdırmaların genişləndirilməsini, yeni faktların aşkarlanmasını, Azərbaycanın başına gətirilən faciələri özündə ehtiva edən kitabların müxtəlif dillərdə nəşrini qarşıya əsas vəzifə kimi qoyur. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin rolu böyükdür. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işində xüsusi mərhələ təşkil edir. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılır, Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin, beynəlxalq təşkilatların sayı getdikcə artır.
Tarixi həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində cənab İlham Əliyevin atdığı addımlar sırasında 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamını xüsusi qeyd etməliyik. Hər iki sənəd Azərbaycanın çoxəsrlik tarixinin vərəqlənməsində, ermənilərin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara və türklərə qarşı törətdikləri faciələrin təbliğində öz sözünü dedi. Dünyaya səs salan tarixi Zəfərimizə yol açan 44 günlük İkinci Qarabağ müharibəsində də erməni vəhşilikləri diqqətdən kənarda qalmadı. Ermənilər Xocalı faciəsinin davamı kimi dəyərləndirilən Gəncə, Bərdə, Tərtər terror aktlarını törətdilər. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri insanlıq əleyhinə cinayətlərini həm cəbhə bölgəsinə yaxın, həm də uzaqda yerləşən rayon və şəhərləri, yaşayış məntəqələrini raket atəşinə tutmaqda davam etdirdilər. Ermənilərin tarix boyu insanlığa sığmayan əməlləri xalqımızın yaddaşında qanlı izlər qoyub. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının bu illər ərzində necə vəhşi millətlə üz-üzə qaldığını dünyaya çatdırdı. Ölkəmiz şanlı Qələbəsi ilə regionu, dünyanı erməni faşizmindən xilas etdi.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59

