Azərbaycan sülh prosesinin təşəbbüskarıdır
17.03.2025 [14:00]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumun açılış mərasimində Dövlətimizin başçısı çıxış edərək mühüm məqamlara toxunub, ötən ilin noyabrında ölkəmizdə keçirilmiş COP29 tədbirinin əhəmiyyətindən bəhs edib, Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri bir daha diqqətə çatdırıb, mühüm mesajlar verib.
Dövlət başçısı çıxışında ötən il Azərbaycanda keçirilmiş əsas beynəlxalq tədbir, COP29-un “Bakı sıçrayışı” adlandırıldığını, cünki, COP29 zamanı bir sıra mühüm məsələlər üzərində razılıq əldə edildiyini bildirib. Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus olduğunu diqqətə çatdırıb. Ölkə başçısı qeyd edib ki, məhz Azərbaycanda konsensus əldə edə bildik və karbon bazarını işlək etdik. Bakıda COP29-da biz bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olmağın mühüm nailiyyət olduğunu vurğulayıb. Ölkə başçısı Azərbaycanda COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəldiyini bildirib.
Prezident İlham Əliyev çıxışında COP29-un boykot edilməsinə yönəlmiş qarayaxma və böhtanın kampaniyasının aparılmasından bəhs edib. Ölkə başçısı qeyd edib ki, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edən “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsveek” və “Assoşieyted Press”, Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər yayan mətbuatlar qarayaxma və böhtanın kampaniyası aparırdılar. Prezident İlham Əliyev Fransa hökumətinin hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdiyini, şəxsən Fransa prezidentinin COP29-a qarşı kampaniya aparırdığını , bütün bunlara baxmayaraq, böyük tərkibdə, qeydiyyata alınmış 77 min iştirakçı, onların sırasında 197 ölkədən təmsilçilər, 70 dövlət və hökumət başçısı olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan prosesinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri, 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. “Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə biz onları yenidən tikirik”,- deyə Ölkə başçısı bildirib. Prezident İlham Əliyev bütün bunlara baxmayaraq Azərbaycanın sülh prosesinin təşəbbüskarı olduğunu, bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifinin Azərbaycan olduğunu diqqətə çatdırıb.
“Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi”- deyən Ölkə başçısı qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada biz mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz.
XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Biz onların hər hansı bir sözünə inanmırıq. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Ölkə başçısı onu da bəyan edib ki, ATƏT-in Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Lakin Ermənistan ATƏT-in Minsk qrupunun buraxılması üçün Azərbaycanın müraciətinə qoşulmur. Bu isə Ermənistanın məkrli planlarının olduğunu təsdiqləyir.Onlar yeni müharibəyə hazırlaşırlar. Fransa və onun Prezidenti onları yenidən müharibəyə sürükləyi. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. “Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur”, - deyə Dövlətimizin başçısı bildirib.
Prezident İlham Əliyev çıxışında ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq, cənab Antoni Blinkenin Azərbaycana aid siyasəti, 30 il qurulmuş ABŞ-Azərbaycan münasibətlərini heçə endirdiyini bildirib. Azərbaycan hər zaman ABŞ-ın çox etibarlı, yaxın tərəfdaşı, lazım olanda , İraqda, Əfqanıstanda onlarla olduğunu xatırladıb. Onların bizə sanksiya tətbiq etmələri Azərbaycanda böyük məyusluq yaratdığını vurğulayıb.
Ölkə başçısı Yeni Administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağımıza ümid etdiyini bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19

