Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var
17.03.2025 [14:46]
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı bir çox aktual məsələlərlə bağlı Azərbaycanın yanaşmasını ortaya qoyub. Prezident Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur: “Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var”. “Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir” sualını cavablandıran dövlət başçısı qeyd edib ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir: “Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq”.
İldən-ilə əhatə dairəsini genişləndirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Bakıda təşkil olunan, dünya üçün çox aktual məsələlərin müzakirə edildiyi tədbirlərə maraq da artmaqdadır. Bu tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, aparıcı beyin mərkəzləri və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı qarşıya qoyulan hədəflərə çatmaq yollarının tapılmasında mühüm əhəmiyyət daşıyır. Bu gün kataklizmlərlə çalxalanan beynəlxalq aləmdə bu problemlərdən çıxış yollarının tapılması ən ümdə vəzifə kimi ön planda tutulur. Təbii ki, Bakının bu məsələdə öncül yerlərdən birinə sahib olması onun COP29, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlara sədrliyi ilə mütənasiblik təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin Forumda bir çox aktual mövzulara həsr olunan çıxışı isə həm ölkəmiz, həm də bölgəmizlə bağlı bir çox reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında müstəsna əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev Forumda çıxışı zamanı bir çox məqamlara toxunub. Dövlət başçısı COP29 və Azərbaycanın enerji siyasətinə dünyada olan münasibəti açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda COP29-u təşkil etmək qərarı ölkəmizin öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir. “Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır”, - Prezident bildirib. Qeyd edib ki, bir ölkə üçün təkcə enerji sərvətlərinin olması kifayət deyil. Gərək dövlət qonşuları, onların qonşuları ilə yaxşı münasibətdə olsun ki, enerji, təhlükəsizlik və bağlantı layihələrini icra edə bilsin.
Forum Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzunu və balanslı xarici siyasətini nümayiş etdirir. Xüsusilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, qlobal təhlükəsizlik və humanitar məsələlər Forumun gündəmində əsas yer tutur. Eyni zamanda, Forum Azərbaycanın çoxvektorlu xarici siyasətinin praktiki təzahürüdür. Burada ABŞ, Avropa, Asiya və Afrika ölkələrinin nümayəndələrinin iştirak etməsi Azərbaycanın qlobal dialoq üçün etibarlı və neytral platforma olduğunu sübut edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

