Yüksələn xətt üzrə inkişaf edən əməkdaşlıq
14.03.2025 [17:16]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. 1990-cı illərdə Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniyanın Azərbaycanın yeni tarixi ilə oxşar məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olub. 1995-ci ilin iyununda SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər quruldu. Məhz həmi ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıdı.
Martın 11-də Balkanlarda yerləşən Şimali Makedoniyanın Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri onu təsdiq etdi ki, Şimali Makedoniya ölkəmizlə münasibətlərin inkişafına böyük əhəmiyyət verir.
Ölkə Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında qeyd edib: “Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq”.
Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Şimali Makedoniya ilə Azərbaycan arasında iqtisadi, mədəni, enerji sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Bu da ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq əlaqələrinin əyani təzahürüdür. Uğurlu keçən səfər çərçivəsində aktual müzakirələr, Prezident İlham Əliyevin və Şimali Makedoniyanın Prezidenti xanım Qordana Silyonovska-Davkovanın mətbuata bəyanatlarla çıxışları iki qardaş ölkənin birliyinin, həmrəyliyinin növbəti dəfə nümayişi oldu.
Mətbuata verilən Bəyanatında Şimali Makedoniyanın Prezidenti xanım Qordana Silyonovska-Davkovanın “Azərbaycan hətta təyyarədən belə çox gözəl görünür, ölkəniz ilə əyani tanışlıqda isə o, insanı valeh edir. Bu səbəbdən turizm sahəsi də əməkdaşlıq edə biləcəyimiz sahələrdəndir” fikirləri iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsində olduğunu təsdiq edir.
Azərbaycanla Şimali Makedoniyanın qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq etməsi, bir-birinə siyasi dəstək verməsi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir.
Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur.
Səfər çərçivəsində hər iki dövlət başçılarının apardığı aktual müzakirələrdə, mətbuata verdikləri bəyanatlarda Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin enerji, turizm və digər sahələrin daha da inkişaf etdiriləcəyi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

