YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında hesabat iclası keçirilib
11.03.2025 [17:13]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Olimpiya küçəsi 4” ünvanı üzrə ərazi partiya təşkilatında 2024-cü ildə görülmüş işlərə dair hesabat iclası keçirilib.
İclasda YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, Nazirliyin Aparat rəhbəri Amil Xudiyev, təşkilatın əməkdaşları, ƏPT üzvləri iştirak ediblər.
İclasdan öncə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
İclasda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ümummilli lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İclası Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Amil Xudiyev açaraq qonaqları salamlayıb və gündəlikdə olan məsələlər barədə məlumat verib. A.Xudiyev çıxışı zamanı ölkədə aparılan düzgün siyasətdən, 33 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında geniş bəhs edib.
Ərazi Partiya Təşkilatının sədri Ə. Məmmədov geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlərdən danışıb.
Hesabat məruzəsi ətrafında çıxış edən Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva və Nazirliyin sektor müdiri Aydın Məmmədov təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Natiqlər Yeni Azərbaycan Partiyasının tarixi keçmişindən, müasir dövrdəki uğurlarından bəhs ediblər.
İclasda çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev partiyanın keçdiyi inkişaf yolu haqda danışıb. Qeyd edib ki, zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü siyasi təşkilatdır. O bildirib ki, gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. E. Quliyev, eyni zamanda, ölkədə vətənpərvər gənclərin yetişməsində Gənclər və İdman Nazirliyinin göstərdiyi fəaliyyətin böyük rolu olduğunu vurğulayıb. Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin göstərdiyi şücaətin məhz ölkədə gənclərin dostu və himayədarı Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən gənclər siyasətinin nəticəsi olduğu bildirilib. Təşkilat sədri ərazi partiya təşkilatında gələcəkdə həyata keçiriləcək partiya fəaliyyəti, yeni üzvlərin qəbulu, qeydiyyat, uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü aparılması ilə bağlı öz tövsiyələrini vermiş, ƏPT-nin işinə uğurlar arzulamışdır.
Tədbirdə Yeni Azərbaycan Partiyasının və Nərimanov rayonunun ictimai-siyasi həyatında, eyni zamanda 2024-cü ildə ölkədə keçirilən seçkilərdə fəallığı ilə seçilən üzvlərə Təşəkkürnamə təqdim olunub.
Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

