Yüksək səviyyəli Azərbaycan-Pakistan əlaqələri
28.02.2025 [17:23]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkə Pakistandır. Qardaş ölkə Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 12-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur.
Pakistan Azərbaycanın sıx dostluq və qardaşlıq əlaqələri qurduğu ölkələrdəndir. İki qardaş, dost ölkə arasındakı qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün Azərbaycanla Pakistan əlaqələri ən yüksək səviyyədədir.
Məlum olduğu kimi, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də ölkəmizə dövlət səfəri etmişdir. Səfər çərçivəsində Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşlər keçirmiş, görüşlərdə iki ölkə arasındakı münasibətlərin hazırki inkişaf səviyyəsi müzakirə edilmiş, gələcək perspektivlər müəyyən edilmişdir. Dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olmuşdur. Prezident İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər. Daha sonra Azərbaycan-Pakistan biznes forumu keçirilib.
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi bir daha nümayiş etdirir ki, iki qardaş ölkənin münasibətləri daim inkişaf edir. Eyni zamanda bu xalqlarımız arasında sarsılmaz dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirəcəkdir. İmzalanan sənədlər arasında mədəni və humanitar sahələrə xüsusi əhəmiyyət verilib.
Azərbaycan və Pakistan arasında əsas strateji hədəflər iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsidir.
Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq, dostluq, əməkdaşlıq münasibətlərindən bəhs edib. Ölkə başçısı qarşılıqlı səfərlərin bütövlükdə ölkələrimiz arasında sıx münasibətləri əks etdirdiyini bildirib.
Dövlətimizin başçısı həmkarı ilə görüşü zamanı ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdiklərini və iki ölkə arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdiklərini bildirib. Görüşdə ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğulanıb.
Prezident İlham Əliyev qeyd edib ki, iki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.
Ölkə başçısı həmçinin zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdiklərini, beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqe və baxışlarının tam üst-üstə düşdüyünü bildirib.
“Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik.”, - deyə qeyd edən Prezident İlham Əliyev iki ölkə arasındakı ticarət dövriyyəsinin cəmi bir neçə on milyonla ölçüldüyü məyyusluq doğurduğunu bildirib, ticarət dövriyyəsinin artırmağın vacibliyini vurğulayıb. Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları olduğunu qeyd edib. Prezident İlham Əliyev hazırda bir neçə ay əvvəl Pakistan tərəfindən alınan layihələrin qiymətləndirildiyini diqqətə çatdırıb.
Ölkə başçısı çıxışında iki ölkə arasında imzalanan razılaşmalardan da bəhs edib. Bu gün imzalanmış razılaşmaların bunula məhdudlaşmadığını vurğulayıb. Bir çox sazişlərin digər auditoriyalarda artıq imzalandığını və Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayının 10-dan artıq olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığın müzakirə etdilən əsas məsələlərdən biri olduğunu bildirib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

