Azərbaycan Afrika ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlığı əsas tutur
17.02.2025 [17:29]
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Azərbaycanın dünyanın geosiyasi müstəvisində artan rolu Afrikada da diqqət cəlb edir. Eləbua görə də, son illərdə müxtəlif Afrika ölkələri Azərbaycanla münasibətlərinin inkişafını intensivləşdirirlər. Onların sırasına artıq Somali də daxildir. Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvüdür. Fevralın 12-də Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər. Bir daha hər iki dövlət arasında əlaqələrin daha da inkişafını təmin etmək üçün sənədlər imzalayıblar. İkitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyətin verilməsi, Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırması, müdafiə sahəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etməsi kimi məsələlər müzakirə edilib. Fevralın 12-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş və Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş imzalanıb. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Xatərladaq ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Azərbaycan-Türkiyə tandemi Somalidə təhlükəsizlik sisteminin təkmilləşdirilməsində konstruktiv rol oynayır. Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə hökumət missiyası bu günlərdə Somalidə səfərdə olub. Azərbaycan rəsmilərinin Somali səfəri həm də Azərbaycan-Türkiyə münasibətlərinin yeni bir müstəviyə keçməsinin göstəricisidir. İki ölkənin əməkdaşlığı digər regionlarda birgə siyasi, iqtisadi addımların atılması səviyyəsinə çatıb. Son vaxtlar Türkiyənin nüfuzu Yaxın Şərqdə və Afrikada, xüsusilə Şimali və Şərqi Afrikada artıb. Türkiyə bu regionlarda bir çox məsələlərdə həlledici aktor rolundan çıxış edir. Məsələn, Liviya və Suriyadakı, həmçinin Somali ətrafındakı proseslərin tənzimlənməsində Türkiyənin müstəsna rolu var. Türkiyənin həmin ərazilərdə siyasi nüfuzunun artması isə Türkiyə-Azərbaycan əməkdaşlığına ciddi təsir göstərir. Somali, həmçinin iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür. Bu mənada Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri mühüm önəm kəsb edir. SomalininAzərbaycanla əlaqələrinə getdikcə daha çox diqqət etməsini şərtləndirən kifayət qədər səbəblər mövcuddur. Bunun uzun tarixi olsa da, son illər ərzində prosesi sürətləndirən mühüm məqamlardan biri Azərbaycanın beynəlxalq xarakterli bir çox məsələlərdə aktiv rol almasından qaynaqlanır. Hələ Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan bu təşkilata üzv ölkələrin, o cümlədən Afrika dövlətlərinin üzləşdiyi problemləri fəal bir şəkildə dünya gündəminə gətirdi. Buna paralel olaraq, həmin problemlərin həlli istiqamətində də Azərbaycan konkret təşəbbüslər irəli sürdü, çözüm yollarını göstərdi. Eyni zamanda Azərbaycan öz imkanları daxilində Afrika ölkələrinə müxtəlif yardımlar etdi və proses indi də davam edir. Bunlarla yanaşı, Azərbaycan Afrikada müstəmləkəçilik və onun yaratdığı fəsadların da dünya gündəminə gətirilməsində olduqca önəmli fəaliyyət həyata keçirib və keçirməkdədir. Bakı Təşəbbüs Qrupunun bu səpkidə gördüyü işlər təkcə Afrika yox, müstəmləkəçilikdən əziyyət çəkən digər xalqlar, ümumən isə dünya ictimaiyyəti tərəfindən təqdirlə qarşılanır. Öz növbəsində Azərbaycan da Afrika ölkələri ilə münasibətlərin dərinləşdirilməsində maraqlı tərəfdir. Nəzərə alınır ki, dünyada ikinci ən böyük qitə olan Afrika zəngin təbii ehtiyatları, mədəni müxtəlifliyi, və mövcud potensialına görə qlobal landşaftda mühüm yer tutur. Afrika təkcə qədim sivilizasiyaların evi deyil, həm də müasir geosiyasət, geoiqtisadiyyatda mühüm bir subyektdir. Afrika texnologiya və enerji kimi sənayelər üçün vacib olan qızıl, almaz, neft və nadir torpaq mineralları da daxil olmaqla təbii ehtiyatların xəzinəsidir. Hadisələrin inkişaf axarı Azərbaycanın bundan sonra da Afrikada mövqeyinin güclənəcəyini göstərir. Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model hesab olunur. Azərbaycan Türk dünyası ilə Afrika arasında institusional əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir. Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə bu iki region arasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardan biridir. Azərbaycanla əməkdaşlıq Afrikanın xüsusi maraq dairəsində yer aldığından qarşıdakı dövrdə ölkəmizin qitədə rolunun daha da artacağı gözlənilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

