Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri birləşdirir
22.01.2025 [18:35]
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Ölkəmiz region ölkələri ilə münasibətlər müstəvisində ancaq dostluq, mehriban qonşuluq, səmərəli əməkdaşlıq prinsiplərinə üstünlük verir. Cənubi Qafqaz geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Bu baxımdan Gürcüstan ilə dostluq və əməkdaşlıq gündəliyi kifayət qədər geniş olmaqla sabit əsasda inkişaf edir.
Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub.Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var.İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib.Azərbaycan və gürcü xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin qədim tarixi vardır. Xalqlarımız hər zaman bu əlaqələri qoruyub saxlayıb və inkişaf etdiriblər. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da münasibətlər inkişaf etməkdə davam edib. Bu münasibətlərin möhkəmlənməsində hər iki dövlətin rəhbərlərinin böyük rolu olub. Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlır əlaqələrinin möhkəmlənməsi və inkişafinda növbəti addım yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasına işgüzar səfəri olmuşdur.Səfər çərçivəsində Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib.Azərbaycan və Gürcüstan arasında münasibətlərin səviyyəsi və layihələrin icra potensialı ona görə yüksək və məhsuldardır ki, hər iki dövlət bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyir, bunu açıq şəkildə bütün beynəlxalq platformalarda dilə gətirir.Həmçinin, iki dövlət rəsmiləri arasında qarşılıqlı səfərlər, yüksək səviyyəli və nəticəli danışıqların aparılması münasibətləri daha da inkişaf etdirməyə təkan verir.Bu gün hər iki dövlət arasında siyasi dialoqlar aparılır, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər biribirinə qarşılıqlı dəstək verir, ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verilir, bu əlaqələrin genişlənməsi istiqamətində daimi işlər aparılır. İnvestisayalar sahəsində əməkdaşlıq yaxşı dinamika mövcuddur. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycanın Gürcüstana ən çox sərmayə yatıran ölkədir və ölkəmiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.Azərbaycanla Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, çiçəklənmənin və inkişafın stünlarıdır.İki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Rəsmi səfərlər zamanı siyasi və iqtisadi sahələrdəki əməkdaşlıq əlaqələri müzakirə edilir, həmçinin, regional təhlükəsizliklə bağlı başlıca tərəfdaşlıq əlaqələri və müvafiq məsələlər gündəm mövzusu kimi çıxış edir. İki tarixən dost ölkə regionda ənənəvi ailə dəyərlərini, milli mədəniyyəti, ləyaqəti, mənəvi irsi qoruyur. Bu gün dövlətlərimiz arasında olan münasibətlər ən yüksək səviyyədədir. Azərbaycanla Gürcüstan arasında münasibətlərin getdikcə yüksələn xətlə inkişaf etməsindən söhbət açarkən hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Yuxarıda vurğuladığımız kimi, hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Buna görə də bu gün Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipindən çıxış edərək bir-birinin mövqeyini qətiyyətlə dəstəkləyirlər.
Bu, bir daha təsdiqləyir ki, Azərbaycan və Gürcüstan arasında əlaqələrə xələl gətirməyə cəhd göstərən tərəflər heç zaman öz məqsədlərinə nail ola bilməyəcəklər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsinin önəminə diqqət çəkərək deyib: “Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir”.
Xəbər lenti
Hamısına baxSosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30

