Azərbaycan xalqı ordumuzla haqlı olaraq fəxr edir
16.10.2024 [17:33]
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Qarabağdakı qanunsuz silahlı birləşmələrə, separatizmə tamamilə son qoyulması, bayrağımızın yenidən həsrətini çəkdiyimiz ərazilərdə dalğalanması ən böyük qürurdur. Xankəndində dalğalanan bayraq isə sunerenlyimizin tarixi başlanğıcı oldu və artıq iki ildir biz bir xalq olaraq bu sevinci yaşayırıq. İşğal altında olan bütün bu ərazilər praktiki şəkildə Azərbaycanın nəzarəti altına keçdi. Bu baxımdan bu gün Ağdərədə, Əsgəranda, Xankəndidə ucaldılan bayraq bütün təxribatçı qüvvələrə sanballı cavabdır. Bununla yanaşı, bu, həm də Ermənistana, ona havadarlıq edən qüvvələrə ünvanlanan mesaj kimi də dəyərləndirilə bilər. Azərbaycan bununla bütün dünyaya, eləcə də ermənipərəst dairələrə göstərdi ki, onu heç kim, heç nə dayandıra bilməz. Bundan başqa, baş verənlər göstərdi ki, cənab Prezident İlham Əliyev heç nəyi yarıda saxlamağı sevmir. O, başlatdığı işi hökmən sona çatdırır. Necə ki, biz bu gün bir daha bunun şahidi olduq.
Cənab Prezident nitqində də xüsusi vurğulayıb: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın. Vətən müharibəsi cəmi 44 gün çəkdi. Bütün bu günlər ərzində dəfələrlə xalqa müraciət edərək, eyni zamanda, düşmənə müraciət edərək bildirmişdim ki, silahları yerə qoyun, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verin və biz müharibəni dayandırmağa hazırıq. Biz Şuşanı – bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq “. Bununla yanaşı cənab Prezident öz müraciətində Azərbaycan Ordusunun, Azərbaycan xalqının fədakarlğını, cəsarətini, qətiyyətini və mübarizliyini yüksək qiymətləndirdi, vətənimizin azadlığı uğruda həlak olan şəhidlərimizi ehtiram hissi ilə yad elədi.
Ali Baş Komandan bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri həm Vətən mühahribəsi dönəmində, həm də post-müahribə dövründə böyük qəhrəmanlıqlara imza atıb, erməni faşizminin başını əzib. Prezident cari ilin 19-20 sentyabr tarixlərini əhatə edən lokal antiterror tədbirlərində ordumuzun göstərdiyi yüksək peşəkarlığı da ayrıca qeyd edib, ordumuza öz minnətdarlığını bildirib. Təbii ki, Prezidentin məlum açıqlaması Azərbaycan Ordusunun gücünə, peşəkarlığına və vətənpərvərliyinə verilən yüksək qiymətdir. Doğrudan da, istər Vətən müharibəsində, istərsə də lokal antiterror tədbirləri zamanı məhz ordumuzun qüdrəti, xalqımızın fədakarlığı bu böyük, çoxsaylı uğurların təminatçısı oldu.
Prezident İlham Əliyevin gənclərə etimadı xüsusi diqqət mərkəzində olmağa layiqdir. Onun sözlərinə görə, “Eləbir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölüməgetməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir.”Şuşa – bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.
Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu Prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günəqədər Ölkəmiz inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir. Ulu Öndər Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq. Hələ bundan sonrakı nəsillər Heydər Əliyev dühasının işığı ilə nurlanacaqdır.
Xəbər lenti
Hamısına baxSosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39

