20 Yanvar Azərbaycan tarixinə qəhrəmanlıq, mübarizlik günü kimi daxil olub
18.01.2013 [01:47]
YAP Sabunçu rayon təşkilatı Bakı Sənaye Pedaqoji Kolleci ilk ərazi təşkilatında 20 Yanvar faciəsi anılıb
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı Bakı Sənaye Pedaqoji Kolleci ilk ərazi təşkilatında 20 Yanvar faciəsi anılıb. Tədbir iştirakçıları öncə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə çıxış edən BSPK-nin direktor müavini Fərhad Məmmədov bildirib ki, bu gün xalqımız qan yaddaşımıza həkk olunmuş qanlı 20 Yanvar faicəsinin ildönümünü qeyd etmək üçün geniş tədbirlər keçirir: “20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. O müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Azərbaycan xalqı 20 Yanvarda öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdi”.
Mərasimdə YAP Sabunçu rayon təşkilatı Bakı Sənaye Pedaqoji Kolleci ilk ərazi təşkilatının sədri, kollecin direktoru Vidadi Orucov bildirib ki, 20 Yanvar faciəsindən bizi 23 illik bir zaman ayırır: “Amma üstündən illər keçsə belə, xalqın milli oyanış tarixinin ən qanlı, həm də olduqca şanlı bir səhifəsi olan bu faciə unudulan deyil. Hər il respublikamızda 20 Yanvarın ümumxalq hüzn günü kimi qeyd edilməsi bunun bariz nümunəsidir. Tariximizə “Qanlı 20 Yanvar” kimi keçmiş bu gündə 137 nəfər azərbaycanlı uşaq, yaşlı, qadın, kişi demədən qəddarcasına qətlə yetirilmişlər”.
Anım mərasimində çıxış edən kollecin tarix müəllimi Rahibə İsmiyeva xalqımıza qarşı düşmənçilik mövqeyində dayanan M.Qorbaçovun əmri ilə sovet qoşunlarının yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə daxil olaraq öz xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmış insanların üzərinə yeridiyini və nəticədə qanlı faciə törədildiyini söyləyib: “Lakin sovet imperiyasının top-tüfəngi xalqımızın qəhrəman oğul və qızlarını qorxutmadı. Əksinə, onların bu tarixi qəhrəmanlığı sayəsində Azərbaycan öz müstəqilliyinə qovuşdu”.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva tədbirdə çıxış edərək bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının tək faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının zirvəsidir: “20 Yanvar özümüzü bir millət kimi tanıdığımız və dərk etdiyimiz gündür. 1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunub. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar yalnız faciə deyil, həm də xalqımızın milli qürur tarixidir. Qeyd edim ki, 20 Yanvar hadisəsindən sonra həyatı təhlükədə olsa da, Ulu öndərimiz Heydər Əliyev ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, tarixi bir bəyanatla çıxış etdi. Ulu öndərimizin bəyanatı Azərbaycanın müstəqillik tarixinin ən böyük aktlarından biridir. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev tez bir zamanda doğma Vətəni təlatümdən xilas etdi. Bu gün Azərbaycanda Heydər Əliyev yolu uğurla davam etdirilir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhid ailələrinə dövlət dəstəyi ildən-ilə artırılır. Məhz bu qayğıya cavab olaraq xalqımız öz rəhbəri ətrafında daha sıx birləşir”.
M.Abasquliyeva bir daha vurğulayıb ki, Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

