Sivilizasiyaların, mədəniyyətlərin və dəyərlərin qovuşduğu məkan
16.09.2026 [13:52]
Qlobal dünyaya mesajımız dəyişməzdir: sülh, əməkdaşlıq və sabitlik…
Azərbaycan tarixən istər sivilizasiyalararası, istər dinlərarası, istərsə də mədəniyyətlərarası münasibətlərin tənzimlənməsində və bu münasibətlərin qarşılıqlı inteqrasiyasında mühüm rol oynayıb. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu coğrafiyada yerləşən ölkəmiz əsrlər boyu müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin bir-birini zənginləşdirdiyi məkan kimi formalaşıb. Bu baxımdan Azərbaycan yalnız coğrafi mövqeyi ilə deyil, həm də tarixən yaratdığı tolerant və multikultural mühitlə fərqlənib.
Azərbaycan mədəniyyəti yüzillər ərzində ümumdünya mədəni irsinin mühüm tərkib hissəsinə çevrilib. Ədəbi fikir, fəlsəfə, musiqi, memarlıq və incəsənət sahələrində yetişən şəxsiyyətlərimiz yalnız öz dövrünün deyil, bütövlükdə dünya mədəniyyətinin inkişafına təsir göstəriblər. Nizami Gəncəvinin humanizm və insan fəlsəfəsi, İmadəddin Nəsiminin azad düşüncə və kamil insan ideyaları, Məhəmməd Füzulinin ədəbi-fəlsəfi irsi Azərbaycan mədəniyyətinin miqyasını göstərən nümunələrdir. Bu irs zaman keçdikcə milli sərhədləri aşaraq dünya mədəniyyətinin ümumi sərvətinə çevrilib.
Azərbaycanın tarixi missiyası yalnız keçmişdə yaratdıqları ilə məhdudlaşmır. Müasir dövrdə də ölkəmiz müxtəlif mədəniyyətlərin dialoqunun, dini və sivilizasiyalararası anlaşmanın təşviqinə xüsusi diqqət yetirir. Bakı beynəlxalq humanitar forumlara, mədəniyyətlərarası dialoq tədbirlərinə və müxtəlif sivilizasiyaların nümayəndələrini bir araya gətirən platformalara ev sahibliyi edir. Bu, Azərbaycanın tarixi ənənələrini müasir dövlət siyasəti ilə birləşdirdiyini göstərir.
Dahi şəxsiyyətlərimiz milli tariximizin ən böyük mənəvi sərvətlərindəndir
Vurğulandığı kimi, Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi dahilər milli tariximizin ən böyük mənəvi sərvətlərindəndir. Bu şəxsiyyətlər müxtəlif tarixi dövrlərdə ədəbi, fəlsəfi və ictimai fikrin inkişafına mühüm təsir göstərib, türk-islam mədəniyyətinin zənginləşməsinə böyük töhfələr veriblər. Onların yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatı və fəlsəfəsi çərçivəsində deyil, ümumbəşəri dəyərlər baxımından da əhəmiyyət daşıyır.
Bu böyük irsin qorunması və dünyada tanıdılması Azərbaycan dövlətinin mədəni siyasətinin ən mühüm istiqamətlərindəndir. Tarixi şəxsiyyətlərimizin yubileylərinin keçirilməsi, əsərlərinin müxtəlif dillərə tərcüməsi, beynəlxalq elmi və mədəni tədbirlərin təşkili bu istiqamətdə atılan addımlardır. Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi də dövlətin milli-mədəni irsə münasibətinin mühüm göstəricisi oldu. Beləliklə, Azərbaycan öz dahilərinin irsini yalnız qorumaqla kifayətlənmir, onu dünya mədəniyyətinin bir hissəsi kimi gələcək nəsillərə çatdırır.
Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib ki, biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxıb: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir".
Türk dünyası və Qafqaz birliyi: iki böyük məkanın qovuşduğu Odlar Yurdu
Azərbaycan həm türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsidir. Bu iki coğrafi və mədəni məkanın kəsişməsində yerləşməsi ölkəmizə tarix boyu xüsusi missiya qazandırıb. Xalqımız öz mədəni kimliyini, adət-ənənələrini və tarixi yaddaşını qoruyaraq türk dünyasının ümumi mədəni xəzinəsinə mühüm töhfələr veriblər. Bakı isə bu prosesdə hər zaman xüsusi rol oynayıb.
Müasir dövrdə Azərbaycanın türk dünyası ilə əlaqələri yalnız mədəni münasibətlərlə məhdudlaşmır. Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, humanitar və mədəni əlaqələrin inkişafı Bakı üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsini və ortaq tarixi-mədəni dəyərlərin qorunmasını dəstəkləyir.
Azərbaycanın unikallığı isə onun yalnız türk dünyasının bir hissəsi olmaqla kifayətlənməməsidir. Ölkəmiz eyni zamanda Qafqaz bölgəsinin mühüm aktorudur. Bakı bu iki mədəni platformanın, Türk və Qafqaz məkanlarının qarşılıqlı əlaqələndirilməsi baxımından özünəməxsus körpü rolunu oynayır. Burada türk kimliyi ilə Qafqazın çoxmədəniyyətli mühiti bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan dəyərlər kimi çıxış edir. Azərbaycanın bu xüsusiyyəti onu regional dialoq və əməkdaşlıq baxımından əhəmiyyətli mərkəzə çevirir. Prezident İlham Əliyev çıxışında bildirib ki, bizim tədbirlərdə bir çox ölkələrdən dini liderlər iştirak edirlər: "Yəni bu, birliyin nümunəsidir. Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür".
Dövlət başçısı qeyd edib ki, bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır.
İslam həmrəyliyi və Azərbaycanın mesajı…
Son illərdə dünyada, xüsusilə müsəlman aləmində baş verən proseslər İslam həmrəyliyinin əhəmiyyətini daha da artırır. Müxtəlif siyasi və sosial ziddiyyətlərin mövcud olduğu bir dövrdə müsəlman ölkələri arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi mühüm məsələlərdən biridir. Azərbaycan isə bu istiqamətdə olduqca fəaldır – ölkəmiz yalnız bəyanatlarla kifayətlənmir, konkret layihə və təşəbbüslərlə çıxış edir.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO ilə əməkdaşlığı bunun mühüm nümunələrindəndir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da ölkəmizin bu sahədəki fəaliyyətinin diqqətçəkən nümunəsi oldu. “İslam həmrəyliyi – ümumi məqsədlər naminə” yanaşması müxtəlif müsəlman ölkələrindən olan insanları idman, mədəniyyət və dostluq platformasında bir araya gətirdi.
Bakı müxtəlif beynəlxalq tribunalar vasitəsilə müsəlman dünyasının problemlərinin dialoq və əməkdaşlıq yolu ilə həll edilməsinin vacibliyini dəfələrlə vurğulayıb. Ölkəmizin yanaşmasında İslam həmrəyliyi digər dinlərə və mədəniyyətlərə qarşı yönəlmiş qapalı model deyil. Əksinə, bu həmrəylik qarşılıqlı hörmətə, əməkdaşlığa və sülhə xidmət edən prinsip kimi təqdim olunur. Dövlət başçımız çıxışında qeyd edib ki, biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək: "Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik".
Beynəlxalq dialoq məkanı…
Bəli, Azərbaycanın tarixən formalaşmış mədəni kimliyi onu dünyada sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkanlardan birinə çevirib. Bu coğrafiyada müxtəlif xalqların və dini icmaların əsrlər boyu birgə yaşaması ölkənin tolerantlıq və multikulturalizm ənənələrinin formalaşmasına mühüm təsir göstərib. Azərbaycan üçün bu dəyərlər yalnız tarixin bir hissəsi deyil, bu gün də davam etdirilən dövlət siyasətinin mühüm istiqamətidir. Bu gün Bakı həm regional, həm də beynəlxalq miqyasda dialoq məkanı kimi çıxış edir. Ölkəmizin əsas mesajı isə dəyişməzdir: fərqliliklər qarşıdurma deyil, əməkdaşlıq üçün imkan yaratmalıdır. Azərbaycan sabitliyin, inkişafın və dincliyin tərəfdarıdır. Münaqişələrin sülh yolu ilə həlli, xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və mədəniyyətlərin bir-birini zənginləşdirməsi Azərbaycanın dünyaya verdiyi əsas mesajlardan biridir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07

