Azərbaycan dövlətinin xilaskarı və qurucusu
03.10.2024 [15:11]
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 31 il ötür. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs vermişdir. Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü ilin 10 oktyabrında dövlətə və xalqa sədaqət andı içərək deyib: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin oktyabr ayından ölkə rəhbəri kimi fəaliyyətə başlaması qısa müddətdə ölkəmizdə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Azərbaycan 1969-cu ildə Ulu Öndər tərəfindən əsası qoyulan inkişaf və tərəqqi yoluna qayıtdı. Görkəmli dövlət xadiminin həyata keçirdiyi sosial-iqtisadi və siyasi tədbirlərin nəticəsi kimi ölkəmizin milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın işğalının qarşısı alındı, digər tərəfdən, atəşkəs əldə edildi, Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. Yaradılmış sabitliyin nəticəsində qısa müddətdə beynəlxalq aləmdə Azərbaycana münasibət müsbət istiqamətdə xeyli dəyişdi.
İllər bir-birini əvəz etdikcə Ümummilli Liderimizin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Ulu Öndər xalqı üçün yaşadı, yaratdı, bütün ömrünü özünün də dediyi kimi, xalqına həsr etdi. Heydər Əliyev yaşadığı dövrdə bəşəriyyətin nurlu, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti azadlıq qazanaraq, qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. İnkişaf etmiş dövlətlərlə iqtisadi və siyasi əlaqələr quruldu. Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı ən böyük xidməti müəyyənləşdirdiyi strateji inkişaf kursunun ardıcıllığını təmin etməsidir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində - tarixi taleyimizin məsuliyyətli günlərində xalqa müraciət edən Ulu Öndər cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına inandığını ifadə etmişdi: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Prezident İlham Əliyev öz tükənməz enerjisi, Vətən sevgisi, quruculuq fəlsəfəsi ilə hakimiyyətdə varisliyin yeni, daha bitkin, konkret, əyani və universal modelini ortaya qoydu. Bu model Azərbaycanın bütün sferalarda inkişafını təmin edir. Dövlət başçısı qəbul etdiyi fundamental qərarlarla, imzaladığı fərman və sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sübuta yetirir. Zaman göstərdi ki, əsası Ulu öndər tərəfindən qoyulan və 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası daim inkişaf edən, fəaliyyətini genişləndirən, Heydər Əliyev ideyalarının daşıyıcısı olaraq onu müasir çalarlarla zənginləşdirən partiyadır. Bu gün Prezident İlham Əliyevi Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Ölkə rəhbəri bu dəyərləri göz bəbəyi kimi qoruyacağına, itkisiz şəkildə gələcək nəsillərimizə ötürəcəyinə and içib. Bu andın fövqündə 30 ildən bəri yaraları qövr edən bir xalqın ülvi arzusu - Qarabağı işğaldan azad etmək, doğma torpaqlarına dönmək kimi qarşısıalınmaz bir istəyə qovuşmaqda möhtəşəm bir dönməzlik var idi. Vaxtilə əlçatmaz, müqəddəs bir arzu dövlətimizin israrla həyata keçirdiyi müdrik siyasətin şərəfli nəticəsinə, böyük zəfərə, qələbəyə çevrildi. Məhz Ulu Öndərin miras qoyduğu siyasi kursa sadiq olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi, böyük qətiyyəti, uzaqgörən siyasəti və yüksək sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində qalib gəldik.
Heydər Əliyev ideyalarına söykənən Ali Baş Komandanımızın rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri tarixi zəfərə imza atdı.Öz torpaqlarına qovuşandan sonra dünya düzənində böyük hörmət qazanan Azərbaycan möhtəşəm qələbə ilə beynəlxalq birliyə daha sürətlə inteqrasiya istiqamətində böyük imkanlar əldə edir. Müstəqil dövlətimiz bu gün bütün dünyada aparılan mədəniyyətlərarası dialoqların təşkilatçısıdır. Azərbaycan malik olduğu zəngin mədəniyyətlə bu dialoq prosesinin əsas iştirakçılarından birinə çevrilmək imkanına malikdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. İnanırıq ki, dövlətimiz ümummilli liderimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq, daha da inkişaf edəcəkdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09

