Yeddinci çağırış Milli Məclis yeni müstəvidə uğurla fəaliyyət göstərəcək
28.09.2024 [13:31]
Azərbaycanın əldə etdiyi bütün uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu və xidmətləri olub. Odur ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib olacağı məntiqli və gözlənilən idi. Hazırda parlamentdə 68 mandat hakim partiyaya məxsusdur.
Dövlət başçısı İlham Əliyev yeddinci çağırış Milli Məclisin iclasındakı çıxışında ilk olaraq suverenliyini təmin etmiş Azərbaycanın prezident və parlament seçkilərini keçirməsi zərurətinə aydınlıq gətirdi və seçkilərin nəticələrini qiymətləndirdi.
Prezident İlham Əliyev nitqində bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası hər birimizin önəmli vəzifəsidir. Dövlətin iqtisadi qüdrəti bu ərazilərimizin yenidən bərpasına real imkan yaradır. Hər il dövlət büdcəsindən bu istiqamətdə əsaslı vəsait ayrılır. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda keçmiş köçkünlərin qaytarılması üçün davamlı işlər görülür. Səkkiz mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaq.
İşğaldan azad olunan ərazilərimizdə bu günədək 3 min kilometr avtomobil yolu inşa edilib, ümumi layihələrin içində 45 tunel, 450 körpünün inşası nəzərdə tutulur. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su-elektrik stansiyaları istismara verilib. Hazırda bu ərazilərdə məktəblər, xəstəxanalar, sosial obyektlər, şəhərlər, qəsəbələr, kəndlər, salınır. Yəni, bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı layihələr reallaşdırılır.
Ən mühüm məsələlərdən biri də Qarabağ və Şərqi Zəngəzurdakı məhv edilmiş dini, mədəni, tarixi irsimizin bərpasıdır. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çox böyük işlər həyata keçirib və bu gün də bu proses davam etdirilir. Fond tərəfindən tarixi abidələr bərpa edilir, ermənilər tərəfindən dağılmış məscidlər yenidən qurulur. Qarabağın tanınmış ictimai-siyasi və mədəniyyət xadimlərinin ev-muzeyləri, eləcə də mədəniyyət ocaqlarımız yenidən bərpa edilir. Eyni zamanda işğaldan azad edilən ərazilərimizdə Zəfər və İşğal muzeyləri, Zəfər parkları salınır. Tezliklə, bu ərazilər dünyanın ən maraqlı, görməli yerlərindən birinə çevriləcək.
Ümumiyyətlə, hər seçki yeni dövrün başlanğıcı sayılır. Azərbaycan xalqı son 21 ildə inandığı, güvəndiyi, etibar etdiyi möhtərəm Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətin nəticələrini çox yaxşı görür və hər zaman onu düzgün qiymətləndirə bilir. Elə, şanlı Zəfərimizi, qazandığımız bütün uğurları şərtləndirən əsas amil də məhz bu sarsılmaz birlikdir.
Bir sözlə, Prezident İlham Əliyev yeni inkişaf istiqamətlərini, qarşıda duran hədəfləri göstərdi. Dövlət başçısının nitqini həmçinin parlamentin növbəti 5 illiyi üçün yol xəritəsi də adlandırmaq olar. Yəni cənab İlham Əliyevin yeni formalaşmış yeddinci çağırış parlamentin qarşısına mühüm öhdəliklər, vəzifələr qoydu.
Bütün zamanlarda cənab İlham Əliyevin müəyyənləşdirdiyi istiqamətlər üzrə daxili və xarici siyasətimizin uğurları, qanunvericiliyimizin daha da təkmilləşdirilməsi naminə önəmli fəaliyyət göstərən Milli Məclis yenə də missiyasına sadiqlik nümayiş etdirəcək.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

