Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
19.09.2024 [14:29]
27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində Vətən müharibəsi başladı. 44 gün davam edən uğurlu döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəsarətlə vuruşaraq erməni qəsbkarlarını məğlub etdi. 30 ilə yaxın davam edən işğala son qoyuldu, düşmənin ordusu darmadağın edildi. 27 sentyabr 2020-ci il tariximizə torpaqlarımızın azadlığı uğrunda döyüşlərin başladığı gün - Anım günü kimi yazıldı. Ordumuzun aramsız və güclü əks-hücumları qarşısında aciz qalan Ermənistan hakimiyyəti 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Vətən müharibəsindən sonra rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi.
Azərbaycan Silahlı Qüvvələrindən aldıqları ağır zərbələrdən geri çəkilən ermənilər uğradıqları məğlubiyyətdən düzgün nəticə çıxarıb, silahı yerə qoymurdular. Yenə də tez-tez Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutur, təxribatlar törədirdilər. Erməni separatçılarını mövqelərimizdən geri oturtmaq üçün 12 sentyabr 2022-ci ildə ordumuz uğurlu "Qisas" əməliyyatını həyata keçirdi. Erməni separatçılarına bir-birinin ardınca güclü zərbələr endirildi. Ağır itkilərə məruz qalan düşmən dayandığı mövqelərdən geri çəkilmək məcburiyyətində qaldı. Əlverişli yüksəkliklər, həmçinin Laçın rayonunun Ermənistanın şərti sərhədlərinə yaxın olan kəndlərimiz separatçılardan azad edildi. 12 sentyabr 2022-ci il tariximizə "Qisas" əməliyyatının keçirildiyi gün kimi yazıldı.
Rəzil niyyətlərindən əl çəkməyən, hələ də şirin xəyallarla yaşayan separatçılar yenə də gizli yollarla Qarabağa silah-sursat daşıyırdılar. Separatçıların bu əməlləri getdikcə həddini aşırdı. Bütün bu amillər yeni antiterror əməliyyatların keçirilməsinə yol açırdı. Separatçıların təxribat hərəkətlərinin qarşısının alınması məqsədilə 2023-cü il sentyabrın 19-da 23 saat 43 dəqiqəlik əməliyyatdan sonra erməni separatçıları məğlubiyyətin rəmzi olan ağ bayraq qaldıraraq təslim oldular. Özlərini məğlubedilməz zənn edən sentyabr ayının 20-də güclü, qüdrətli Azərbaycan Ordusunun qarşısında diz çökən separatçılar bildirdilər ki, mövqelərdən çıxır, döyüşləri dayandırır, silahları yerə qoyurlar. Qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi. Yüksək peşəkarlıqla aparılan, yalnız legitim hərbi hədəflərin məhv edildiyi antiterror tədbirlərində mülki əhaliyə və obyektlərə zərər dəymədi. Beləliklə, sentyabrın 19-u tariximizə separatçılara qarşı sonuncu döyüşün başlandığı gün kimi düşdü. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatının nəticəsində ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər
15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Həmçinin, 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi.
Ayaz Quliyev,
YAP Xızı rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17

