Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
12.09.2024 [16:44]
Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bütün bunlar göstərdi ki, müharibədəki təcrübənin tətbiqindən sonra artıq antiterror əməliyyatı zamanı qısa müddətdə düşmən darmadağın edildi. Bu antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar, onunla maraqlanırlar. Çox sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əməliyyatları bu gün bütün dünyada dərindən öyrənilir.
Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunur. Əməliyyatın əsas hədəflərini Qarabağ ərazisində erməni silahlı birləşmələrinin və separatçı rejimin mövcudluğuna son qoyulması təşkil edirdi. Bundan əlavə Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “Artsax”ı təbrik etməsinin Azərbaycanın səbrini tükətmişdi. Həm BMT-nin qətnamələrinə, həm də üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan Ordusu təhlükəsizliyini təmin etmək üçün lokal antiterror tədbiri həyata keçirməyə məcbur oldu. Qondarma rejimin Ermənistan tərəfindən silahlandırması, Qarabağ ərazisində terror aktlarının törədilməsi, azərbaycanlı mülki şəxslərə və polis əməkdaşlarına qarşı hücumlar bu əməliyyatı qaçılmaz etdi. Azərbaycanın dörd min kvadratkilometr ərazisinin 23 saatdan da az vaxtda azad olunması, qanunsuz erməni silahlı dəstələrinin darmadağın edilməsi ilə nəticələnmiş bu antiterror tədbirlərinin dünya hərb tarixində nadir əməliyyatlarından biri hesab olunduğunu dəfələrlə yazılıb. Eyni zamanda, bu, mülki əhaliyə heç bir zərər yetirilmədən aparılmış uğurlu əməliyyat kimi diqqəti cəlb edib. Heç bir erməni mülki vətəndaşı zərər görmədən və ya infrastruktura ziyan vurulmadan terrorçular tərksilah olundu. Nəticədə azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmaq imkanı əldə etdi. Lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Fəaliyyəti sıfıra bərabər olan ATƏT-in Minsk qrupuna heç bir ehtiyac qalmadı. BMT-nin dörd qətnaməsinin tələblərini Azərbaycan özü yerinə yetirdi.
Onu da deyim ki, işğaldan azad olunan ərazilərdə parlament seçkiləri üzrə səsvermənin təşkili, bütün dünyadan gələn iş adamlarının, siyasi xadimlərin, dost dövlətlərin rəhbərlərinin Qarabağda qəbul edilməsi olduqca qürurvericidir. Lokal antiterror tədbirləri həm də Azərbaycan ərazisində qondarma parlament yaradaraq onu Şuşaya köçürmək istəyən Ermənistan baş nazirinə ədalətli cavab oldu.
44 günlük Vətən müharibəsindən sonra Xocalının, Xankəndinin, Ağdərənin Azərbaycanın nəzarətinə qaytarılması çox çətin görünürdü. Dövlətimizin başçısı Brüsseldə keçirilən görüşlərdə və danışıqlarda Azərbaycan ərazilərinin müzakirə mövzusu olmadığını vurğulayırdı. Bu mənada Prezident və parlament seçkilərinin tarixi mahiyyəti Xankəndidə, Şuşada, Xocalıda keçirilməsi oldu. Son zamanlar bəzi istiqamətlərdə Ermənistan tərəfi təxribatlara əl atır. Onlar şərti sərhəddə mövqelərini bərkidir, pilotsuz uçuş aparatları ilə kəşfiyyat aparmağa cəhd göstərirlər. Kəlbəcər istiqamətində ermənilərin və havadarlarının birgə hərbi təlimləri də həmin təxribatlardan biridir. Azərbaycan isə bütün bu təxribatları təmkinlə, qətiyyətlə dəf edərək, öz sülhsevər siyasətini dünyaya nümayiş etdirir, Qarabağda böyük quruculuq işləri həyata keçirir.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

