Şirvanlıların seçimi YAP-ın namizədidir
20.08.2024 [20:45]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun YAP Şirvan şəhər təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək bildirib ki, YAP həmişə bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb: “YAP-a xalqın inamı və etimadı sonsuzdur. Çünki partiya bu etimadı yarandığı gündən doğruldub. Yaranmasından sonra çox qısa zamanda iqtidar partiyasına çevrilən YAP-a xalqın sevgisi böyükdür. Söylənilənləri ölkəmizdə keçirilən seçkilərdə xalqın partiyaya, həyata keçirilən siyasətə dəstəyi də təsdiqləyir”.
Çıxış edən deputatlığa namizəd Heydər Əsədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O, YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını qeyd edib. Aparılan uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra yeni dövrün başlandığını, zamanın tələbinə uyğun olaraq Azərbaycanın qarşısında yeni vəzifələrin, yeni hədəflərin dayandığını söyləyən H.Əsədov ölkəmizin hazırki reallıqlara müasir çağırışlarla qədəm qoyduğunu bildirib.
Tədbirdə təşviqat qrupunun üzvləri Əbülfət İsmayılov, Sevinc Ələkbərova, şəhid anası Nailə Bağırova, görüş iştirakçılarından Vasif Əliyev, Seymur Əliyev, Rəhman Hacıyev, Billurə Əliyeva, Valeh Cəfərov və Rəşad Qəfərov çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Onlar YAP-ın bu gün cəmiyyətdə artan nüfuzundan, xalqın inamından və etimadından bəhs ediblər.
Qeyd edək ki, deputatlığa namizəd H.Əsədov Xəqani küçəsində məhəllə görüşü də keçirib və şəhid Rəşad Hüseynovun ailəsini ziyarət edib.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

