Azərbaycan türk dövlətləri arasında münasibətlərin inkişafında mühüm rol oynayır
11.07.2024 [15:24]
Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir. Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış Türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda Türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir.
Türk xalqları dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış, bəşəriyyətə dahi şəxsiyyətlər bəxş etmişlər. Azərbaycan bu yüksəlişin mərkəzi coğrafiyası kimi ortaq tariximizdə də silinməz izlər qoyub. Sovet imperiyasının süqutundan sonra yaranmış tarixi şəraitdə ölkəmiz müstəqillik qazanmış qardaş dövlətlər də daxil olmaqla Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi üçün önəmli addımlar atmış və layiqli töhfələr vermişdir.
Cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəltdi. Cənubi Qafqazda marağı olan və öz çirkin niyyətlərini Ermənistan və onun tərkib hissəsi kimi “Qarabağ layihəsi” üzərindən həyata keçirmək istəyənlərin xəbis niyyətləri ürəklərində qaldı. Bir-birinin ardınca qazanılan möhtəşəm qələbələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli artırdı və Türk dünyasının birliyini daha da möhkəmləndirdi.
Şuşa möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edərək Azərbaycanın Türk dünyasının birliyinə növbəti töhfəsini nümayiş etdirdi. Azərbaycanın dilbər guşəsində TDT-nin qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dövlət başçımızın “Bizim ailəmiz Türk dünyasıdır” müdrik kəlamının bariz nümunəsidir.
Bundan sonra da türk dövlətləri arasında mövcud hərtərəfli əlaqələr daha da genişləndiriləcəkdir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə imzalanan “Qarabağ Bəyannaməsi” bu baxımdan mühüm prinsipləri və yeni hədəfləri özündə ehtiva edir. İqtisadi inkişaf, regional əlaqələr, iqlim tədbirləri, texnologiya və müdafiə sahəsində əməkdaşlıq kimi sahələri əhatə edən, üzv ölkələr arasında mədəni və tarixi bağları bir daha təsdiqləyən “Qarabağ Bəyannaməsi” türk dünyasının həmrəyliyini və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.
“Qarabağ Bəyannaməsi”nin imzalanması üçün məhz Şuşa şəhərinin seçilməsi, onun tarixi vacibliyini daha da artırır. Belə ki, Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 30 ilə yaxın əsarət altında olan Şuşanın Vətən müharibəsi nəticəsində işğaldan azad olunması, onun bərpası Azərbaycan kimi, onun müttəfiqləri üçün də tarixi dəyər daşımaqdadır.
Ümumiyyətlə, bu sammit türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addımdır. Düzdür, indiyə qədər türk dövlətləri müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Amma bu Zirvə əməkdaşlığın da zirvəsidir və münasibətlərdə özünəməxsus yer tutacaq. Ən mühümü isə gələcəkdə bütün Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Güman edirik ki, bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq. Şuşa Zirvə görüşü TDT-ya üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaqdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

