Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ramin Məmmədov: Beynəlxalq əlaqələrimizin genişlənməsi partiyamızın nüfuzunun göstəricisidir

Ramin Məmmədov: Beynəlxalq əlaqələrimizin genişlənməsi partiyamızın nüfuzunun göstəricisidir

10.10.2012 [23:37]

“Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdir. Təbii ki, bu fakt partiyamızın nüfuzunun göstəricisidir”. Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov deyib. R.Məmmədov bildirib ki, YAP dünya ölkələrinin bir çox böyük siyasi partiyaları ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, Cənubi Qafqazın ən güclü siyasi qüvvəsi olaraq partiyamız beynəlxalq səviyyədə özünəməxsus yer tutur.
“YAP-ın Gənclər Birliyi də beynəlxalq əlaqələrini genişləndirir. Partiyamızın rəhbərliyinin dəstəyi ilə gənclərimiz bir sıra ölkələrin partiyalarının gənclər təşkilatları ilə əməkdaşlıq edirlər. Artıq ikitərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər də intensiv xarakter alıb. Eləcə də, partiyamızın Gənclər Birliyi beynəlxalq tədbirlərdə fəal iştirak edirlər. Bunun nümunəsi olaraq oktyabrın 5-də Malaziyada İCAPP-ın toplantısını qeyd etmək olar. Bu toplantıda qurumun Gənclər Birliyi yaradıldı. Həmçinin, YAP-ın təşkilat çərçivəsində aktiv fəaliyyəti də yüksək dəyərləndirildi” - deyə R.Məmmədov qeyd edib.
Paylaş:
Baxılıb: 1349 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31