Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
13.06.2024 [11:53]
2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə liderləri – cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan arasında müttəfiqlik məsələlərinə dair Birgə Bəyannamənin imzalanması böyük Qələbə ilə başa çatan 44 günlük ikinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar fonunda nəinki ölkə tarixində, hətta bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisələrdən biridir. Bu sənədin bütün mənalarda müstəsna əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur.
Əvvəla, Bəyannamənin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi məna yükünə malikdir və Qarabağ torpaqlarının məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqi və eyni zamanda ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir. Sənədin imzalanma mərasiminin məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının təcəssümü olan və xalqımızın qan yaddaşına hopmuş 15 İyun – Milli Qurtuluş günündə təsadüf etməsi də rəmzi məna daşıyır və bu günün təkcə Azərbaycan xalqı üçün deyil, həm də bütövlükdə türk dünyası üçün tarixi və siyasi dəyərinin göstəricisi kimi dəyərləndirilməlidir.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu; 2021-ci ilin 15 İyun – Milli Qurtuluş Günündə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada yeni tarix yazıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada rəsmi qarşılanması, “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanması bir daha tarixi köklərə, möhkəm təmələ əsaslanan Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının keçdiyi inkişaf yoluna nəzər salmağı zərurətə çevirir. Şuşa Bəyannaməsində ötən illər ərzində müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin perspektivləri öz əksini tapıb. Türkiyə Prezidenti hələ 10 dekabr 2020-ci il Zəfər Paradında iştirak etmək üçün ölkəmizə səfəri zamanı imzalanan sənədlər fonunda “Atılacaq daha çox imzalar var” bəyan etmişdi. Şuşa Bəyannaməsi məhz bunun bariz nümunəsi oldu. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinə xidmət edən Şuşa Bəyannaməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində yol xəritəsi, gələcək işbirliyin təminatıdır. Şuşa Bəyannaməsini iki ölkə arasında qardaşlığın yeni tarixi mərhələsi kimi hesab etmək olar.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda millət və dövlət quruculuğuna verdiyi misilsiz töhfələr onun fəaliyyətinin ana xətlərini təşkil edirdi. Düzgün milli ideologiya olmadan xalqı, əhalini millət kimi birləşdirmək, millət və dövləti isə bir-birinə sarsılmaz surətdə bağlamaq və millət-dövlət fenomeninə nail olmaq müşkül olur. Ulu Öndərin Azərbaycançılıq məfkurəsi bu vəzifənin öhdəsindən gəlmək, Azərbaycanın milli dövlətini möhkəm və etibarlı əsaslarla qurmaq missiyasını uğurla yerinə yetirmək yolunda misilsiz rol oynamışdır. Azərbaycançılıq ümumbəşəri dəyərlərə hörmətə, dini, etnik, dil və sair mənsubiyyətindən asılı olmayaraq Azərbaycana və Azərbaycan dövlətinə bağlılığa və Azərbaycana bağlı olanların həmrəyliyinə əsaslanır. Azərbaycandakı bütün xalqların nümayəndələrinin din və etnik mənsubiyyətindən asılı olmayaraq, 44 günlük Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təzahürünün bir təntənəsi idi.
Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin praktik təcəssümü olaraq Şuşada Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının 2021-ci ilin 15 İyun – Milli Qurtuluş Günündə baş verməsi bayrama bayram qatır. Çünki Şuşa Bəyannaməsi Qurtuluşumuzun məntiqi nəticəsi və onun əbədiliyinin daha bir zəmanətidir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

