Dialoq mühiti siyasətdə demokratik dəyərdir
17.05.2024 [15:24]
İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri
Demokratik inkişaf yolunda inamla addımlayan, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu Azərbaycanda davamlı olaraq siyasi sistemin inkişafına xidmət edən çox mühüm addımlar atılır, ardıcıl islahatlar reallaşdırılır. Bu isə siyasi subyektlərin, ictimai institutların səmərəli fəaliyyətinə, eləcə də dövlət maraqlarının qorunmasına mühüm töhfə verir. Bütün bunlar öz növbəsində Azərbaycanın müasir mənzərəsinin - siyasi dialoq mühitinin və ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasını təmin etməkdədir.
Mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüş də məhz yuxarıda qeyd olunan amala xidmət edib. Unutmayaq ki, sağlam əməkdaşlıq, milli həmrəylik sabitliyi və dayanıqlı inkişafı təmin edən əsas amillərdəndir. Elə bunun nəticəsi idi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində 50 siyasi partiya bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanımızın qətiyyətli siyasətini dəstəklədilər. Deyə bilərik ki, ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan siyasi dialoq getdikcə daha dönməz xarakter alır. Yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, qərargahı olmayan partiyalar üçün ofislərin ayrılması və bu kimi digər tədbirlər proseslərə güclü təkan verib. 16 may tarixində keçirilən görüşdə iştirak edən 25 siyasi partiyadan 20-sinin təmsilçisi mövzu ilə bağlı çıxış edib. Ümumilikdə 4 saatdan çox çəkən tədbirdə çıxışlarda konkret mövzu ilə yanaşı ölkənin siyasi həyatının, qarşılıqlı siyasi fəaliyyətlərin aktual problemlərinin daha geniş spektri əhatə olunub. Tədbir həm siyasi, həm də maarifləndiricilik baxımından böyük əhəmiyyət kəsb edib. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin daha da dərinləşdirilməsinə xidmət edir. Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, iqtidar hər zaman dialoq təşəbbüsü ilə çıxış edib. Xatırlatmaq lazımdır ki, iqtidarla siyasi partiyalar arasında siyasi dialoq mühitinin daha intensiv xarakter alması üçün 2019-cu ildə dövlət başçımızın Sərəncamı ilə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi yaradılıb. Şöbə tərəfindən siyasi partiya liderləri ilə mütəmadi olaraq keçirilən görüşlər, onların fikirlərinə, təkliflərinə verilən dəyər iqtidar-müxalifət münasibətlərində yeni mərhələnin əsasını qoyub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15

