Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanıdır
06.05.2024 [10:44]
Azərbaycan artıq dünyada sayılıb–seçilən, müstəqil siyasət yeridən, suveren dövlət imici qazanıb. Bunu ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq təşkilatların tədbirləri də təsdiqləyir. Artıq bir neçə gündür ki, ölkəmiz daha bir mötəbər tədbirə ev sahibliyi edir. Artıq ölkəmiz bu sahədə zəngin təcrübəyə malikdir. Ona görə də bu miqayslı tədbirlərin ölkəmizdə davamlı olaraq keçirilməsi artıq bizim üçün təəcüblü görünmür.
Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da öz əhəmiyyətliliyi və mühüm gündəmi ilə diqqətləri üzərinə cəlb edib. Bəli, belə mötəbər tədbirlərin keçirilməsi üçün Azərbaycan artıq ənənəvi bir məkana çevrilib. Bu gün də ənənə qorunub saxlanılır. İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda heç vaxt milli və dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmayıb. Bütün dövrlərdə Azərbaycanda müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayıb və daim bir-biriləri ilə dostluq münasibətləri qurublar. Bir məqama diqqət edək. Budəfəki Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. Bu Forum çox mühüm və nüfuzlu beynəlxalq platformaya çevrilib. Bu fikir Prezident İlham Əliyevin forumdakı çıxışında da aydın şəkildə öz təsdiqini tapır. Çünki dövlətimizin başçısı da Forumdakı çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Prezident deyib: “Əfsuslar olsun ki, dünyada yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin əsl vətənpərvər insanlarıdır”.
Prezident İlham Əliyev Forumdakı çıxışında qeyd edib ki, Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır. “Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Prezident qeyd edib ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir. Dövlətimizin başçısı yeni müstəmləkəçilik tendensiyalarına qarşı mübarizə aparılmasının vacibliyini də qeyd edib. Fransanın dənizaşırı ərazilərində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Avropa təsisatlarının Avropada olmayan ölkələrin daxili işlərinə müdaxiləsinin qarşısı alınmalıdır. Təəssüf ki, Avropa Parlamenti və AŞPA bununla bağlı hər hansı bir tədbir görmək istəmir. Bunun da əsas səbəbi yeni müstəmləkə tendensiyalarının hələ də davam etməsidir.
Forumdakı çıxışı zamanı dövlətimizin başçısı Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildiyini də xatırladıb. Bununla yanaşı, bu forum həm də dini liderlərin Şuşada görüş keçirmələri ilə yadda qalacaq: Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər. Forum çərçivəsində dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın sülh və əmin-amanlıq üçün dialoqu prioritet hesab olunması, əslində Azərbaycanın bölgədə sülh və inkişafı dəstəkləyən şəffaf siyasətinin bariz göstəricisidir. Müharibədə qalib gələn Ali Baş Komandanın dilindən dialoqun önəminin vurğulanması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

