Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
29.04.2024 [11:13]
Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycanın türkdilli dövlətlərlə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Türk dünyası böyük bir ailədir. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri həmin dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir.
Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Bu iki ölkə arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar.
Hazırda iki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprel ayının 24-də Azərbaycana etdiyi rəsmi səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin dərinləşməsinə, əməkdaşlıq əlaqələrinin daha da inkişafına xidmət etməklə böyük əhəmiyyət kəsb edir. Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair danışıqlar, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparılıb. İmzalanmış sənədlər ölkəmizin Qırğızıstanla iqtisadi potensialının daha da artırılmasına, eləcə də türk dünyasının bir-birinə inteqrasiyasına böyük töhfələr verəcəkdir.
Hər iki ölkənin dövlət başçıları sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər. Öz çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, qarşılıqlı fəaliyyətin gündəliyi kifayət qədər genişdir. Həmçinin Dövlətlərarası Şuranın ikinci iclasının uğurla keçdiyi, imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, ticarət dövriyyəsinin artmasına və bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə praktiki müstəvidə böyük töhfələr verəcəyi diqqətə çatdırılıb. Dövlət başçısı Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Ağdam rayonunda tikiləcək orta məktəbə görə minnətdarığını bildirib. Bu qardaş dəstəyinin əyani təzahürüdür.
Əminliklə deyə bilərik ki, Qırğız xalqının böyük oğlu, dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş Çingiz Aytmatovun Bakıda abidəsinin açılışı böyük mədəni hadisədir və bu abidə dövlətlərimiz arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcək. Aytmatov Azərbaycanda çox yaxşı tanınır və sevilir. Azərbaycan və Qırğızıstan arasında münasibətlərin möhkəmlənməsi işində xidmətlərinə görə Çingiz Aytmatov Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmişdir. Abidənin açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Çingiz Aytmatovun abidəsinin açılışı dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxDünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36

