/ / Azərbaycan-Rusiya əməkdaşlığının inkişafında dövlət başçılarının səfərləri böyük əhəmiyyətə malikdir
Azərbaycan-Rusiya əməkdaşlığının inkişafında dövlət başçılarının səfərləri böyük əhəmiyyətə malikdir
26.04.2024 [12:17]
22 aprel 2024-cü il tarixində Moskvada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bu gün Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Baykal-Amur Magistralının 50 illik yubileyi ilə əlaqədar cənab Prezident İlham Əliyevin bu ölkəyə səfəri əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinin göstəricisidir.
İki ölkə arasında keçirilən görüşlər mövcud münasibətlərin təməlini daha da gücləndirir. Azərbaycan və Rusiya ittifaq dövründə qoyulmuş əməkdaşlıq ənənələrini müasir dövrün tələblərinə uyğun olaraq yenidən quraraq qarşılıqlı maraqlar və strateji məqsədlər ətrafında daha da inkişaf etdirirlər.
Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.
2022-ci ilin fevralında Kremldə imzalanmış strateji müttəfiqlik haqqında saziş bu gün də lazmi effektivliklə işləyir və tərəflər onun hər bir müddəasına riayət edirlər.Azərbaycan və Rusiya prezidentlərinin bu görüşü iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qonşu ölkəyə səfəri bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında iqtisadi-siyasi əməkdaşlığın bundan sonrakı inkişafına verəcəyi töhfəni şərtləndirir.
Hazırda iki ölkə arasında iqtisadi-siyasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər həm də göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdırlar.
Azərbaycan və Rusiya arasında mədəni və humanitar əlaqələr də mühüm yer tutur. Rus dilində təhsil verən Azərbaycanın ali və orta məktəblərində təhsil alan minlərlə tələbə, iki ölkə arasındakı mədəni rabitələrin gücləndirilməsində mühüm rol oynayır. Humanitar əlaqələr, həmçinin mədəni və təhsil mübadilələri iki ölkə arasında dostluq və anlaşmanın daha da dərinləşməsinə xidmət edir. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.
Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir. Ulu Öndər Heydər Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib.Rusiya rəhbərliyi tam 32 ildən sonra Qarabağ münaqişəsi xüsusunda bitərəf mövqe tutmasaydı, tarixin zəfərimizin qazanılması ya baş tutmazdı, ya da qat-qat çətin olardı.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyası Prezidenti Vladimir Putin arasında yüksək səviyyəli danışıqlar iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi və strateji əməkdaşlığın genişlənməsi baxımından mühüm bir mərhələ oldu. Görüşlər ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar aspektlərini əhatə edən müzakirələrə və qarşılıqlı anlaşma və dəstəklərə zəmin yaratdı.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

