Əhəmiyyətli dərəcədə irəliləyiş
18.04.2024 [11:42]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. Dövlətimizin başçısı çıxış edərək son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının təməlini qoyulması layihəsinin xüsusi əhəmiyyəti olduğunu bildirib.
Yuxarı Şirvan kanalının 1958-ci ildə inşa edildiyini xatırladan Prezident İlham Əliyev bu gün kanalın yeni mərhələsinin başladığını vurğulayıb. Ölkə başçısı əlavə edib ki, kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. Kanalın uzunluğu təxminən iki dəfə artırılaraq 200 kilometrdən çox olacaq.
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcəyini vurğulayan Dövlətimizin başçısı bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələri olduğunu, bu kanal əvvəl 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcəyini bildirib. Cənab Prezident onu da vurğulayıb ki, Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Ölkə başçısı çıxışında qeyd edib ki, Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. “Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir”, deyən cənab Prezident əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edildiyini, onların arasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihlər olduğunu qeyd edib.
Ölkə başçısı çıxışında inşası ilə əlaqədar Sərəncam imzaladığı Qarabağ kanalı layihəsinə də toxunub. Cənab Prezident bildirib ki, gələn ildən Qarabağ kanalının inşasına başlamalıyıq. Qarabağ kanalı 115 min hektarı əhatə edəcək və 9 rayon bu kanal vasitəsilə suvarılacaq.
Ölkə başçısı bildirib ki, ölkəmizdə bir çox infrastruktur layihələri öz həllini tapmışdır. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Prezident İlham Əliyev növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacağını bildirib.
Çıxışında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında aparılan quruculuq işlərindən bəhs edən dövlətimizin başçısı bu bölgədə qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə etdiyini bildirib.
Prezident İlham Əliyev həyata keçirilən layihələrin icrasının tam təmin ediləcəyini, üç ildən sonra – uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının açılışının ediləcəyinə əmin olduğunu bildirib.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

