“Taxıl sazişi”ni əvəz edən...
25.07.2023 [11:25]
Quru yolla ixrac bahalı və zaman tələb edən prosedur...
“Taxıl sazişi”nin fəaliyyəti dayandıqdan sonra Avropa İttifaqı quru yolla Ukraynadan taxıl idxalını artırmaq məcburiyyətindədir. Bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib. O qeyd edib ki, Aİ Ukraynadan quru yolla taxıl idxalını artırmalı olacaq.
“Qara dəniz təşəbbüsündən əlavə, Ukraynadan taxıl tədarükü üçün çay və quru marşrutları da mövcuddur. Bu, bizə böyük miqdarda taxıl ixrac etməyə imkan verir. Dəniz yolu bağlanarsa, həmin marşrutlarla idxalı artırmalıyıq. Bu məsələdə Ukraynanın qonşuları böyük səy göstərməli, sərhədləri açmalı və nəqliyyat daşımalarını asanlaşdırmalıdır”, - deyə Jozep Borrel bildirib.
Qeyd edək ki, Avropa Komissiyası mayın 2-dən sentyabrın 15-dək Ukrayna taxılının Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya idxalına məhdudiyyətlər tətbiq edib. Buna Ukraynaya qonşu olan beş Avropa ölkəsinin anbarlarının dolu olması və onların daxili bazarlarında qiymətlərə təsir etməsi səbəb olub. Hazırda həmin ölkələrin ərazisindən yalnız Avropa İttifaqının digər dövlətlərinə və ya xarici bazarlara taxıl tranzitinə icazə verilir. İyulun 19-da onlar tranzit şərtləri qalmaqla, Ukraynadan taxıl idxalına qoyulan qadağanın sentyabrın 15-dən sonra da uzadılması ilə bağlı razılığa gəliblər.
Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Qara dəniz taxıl sazişinin ən qısa zamanda bərpasını gözləyir: “İyulun 17-də biz Rusiyadan sazişdən çıxma ilə bağlı bildiriş aldıq. Biz taxıl müqaviləsinin uzadılması üçün əhəmiyyətli səylər göstəririk və Rusiyanın danışıqlar masasına qayıtmasının məqsədəuyğunluğuna inanırıq”, - deyə H.Fidan vurğulayıb.
Xərclər artacaq
Ukrayna taxılının quru yolla ixracının sərfəli olub-olmadığı barədə “Yeni Azərbaycan”a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Ukrayna hətta “Taxıl sazişi” fəaliyyətini dayandırmamışdan qabaq da taxılın bir hissəsini quru yolla xarici ölkələrə ixrac edirdi: “Quru yoldan başqa yüklər Dunay çayı vasitəsilə məntəqəyə gəlirdi, sonra isə digər istiqamətlərə gedirdi. Bu da müəyyən dərəcədə bahalı idi. Çünki bir neçə nəqliyyat vasitələrindən istifadə etməyə məcbur olurdular. Bu, bahalı olmaqdan başqa müəyyən vaxt tələb edən prosedurdur”.
Ukrayna buna məcburdur...
Politoloq qeyd edib ki, dəniz yolu ilə yüklər daşınanda tankerlər daha böyük həcmdə yük apara bilirdilər, ona görə də bu, Ukraynaya sərf edirdi: “İndi isə xərclər artacaq, eyni zamanda, taxılın müxtəlif ölkələrə ixracı üçün vaxt uzanacaq. Amma Ukrayna buna məcburdur çünki ixrac potensialı böyüyür. Baxmayaraq ki, müharibə gedir, lakin bu ili ukraynalı taxılçılar üçün məhsuldar il saymaq olar. Onların ixrac potensialı təxminən 40 milyon tona bərabərdir ki, bu da böyük göstəricidir. Ukrayna özünün məhsulunu dünya bazarlarına çatdırmaq üçün səy göstərəcək. Lakin bu ixrac proseduru “Taxıl sazişi”ni əvəz edə bilməz”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

