G7 ilə Rusiya arasında mübarizə...
14.10.2022 [10:42]
Silahlar, yoxsa tərəflər “danışacaq”?
PƏRVİZ
Krım körpüsünün partladılması, ardından isə Kiyevin raket atəşinə tutulması Ukrayna - Rusiya qarşıdurmasında yeni dinamizm qazandırıb. Bu isə müharibənin miqyasının daha da genişlənməsi təhlükəsi yaradır. Belə ki, yaranan situasiyada Avropa ölkələri də təhdid altında olduqlarını düşünürlər. Artıq uzun müddətdir ki, davam edən “nüvə ritorikası” bu təhdidin real əsasları olduğunu göstərir.
G7 liderlərinin oktyabrın 11-də baş tutan növbədənkənar iclası da məhz Ukrayna - Rusiya qarşıdurmasına həsr olunub. Almaniya, ABŞ, Fransa, İngiltərə, Kanada, İtaliya və Yaponiya daxil olmaqla G7 ölkələri Ukrayna prezidenti Vladimir Zelenskinin videokonfrans vasitəsilə iştirak etdiyi görüşdə regiondakı son hadisələri müzakirə ediblər. Zelenskinin iclasda G7 ölkələrindən hava hücumundan müdafiə sistemləri və silah yardımı istədiyi bildirilir. Xatırladaq ki, Ukrayna lideri daha əvvəl hava hücumundan müdafiə sistemlərinin ölkəsinin “bir nömrəli prioriteti” olduğunu bildirmişdi.
Avropa “qış təhdidi”nə hazırdırmı?
Keçirilən görüşdən sonra verilən ilk açıqlamada G7 ölkələrinin Ukraynanın yanında olmağa davam edəcəyi və maliyyə, humanitar, hərbi və hüquqi yardımları davam etdirəcəkləri vurğulanıb. G7 liderləri görüşdə bəyan ediblər ki, Qərb infrastrukturuna edilən bütün hücumlara vahid və qətiyyətlə cavab veriləcək. Bu isə, Avropanın Rusiyaya qarşı yenidən mobilizə olmasını şərtləndirə bilər. Müəyyən müddət prosesi kənardan izləyən dövlətlər də artıq açıq şəkildə mövqe nümayiş etdirmək məcburiyyətində qalır. Başqa sözlə, ABŞ artıq Rusiyaya qarşı mübarizənin vahid plaftorma üzərindən aparılmasında israrlı görünür. Buraya daha çox Almaniyanı aid etmək mümkündür. Təsadüfi deyil ki, NATO-nun baş katibi Yens Stoltenberq son bəyanatında Rusiyanın mülki infrastrukturu hədəf almasına diqqət çəkib və NATO-nun “Şimal axını” boru xəttinə hücumdan sonra tədbirləri gücləndirəcəyini də vurğulayıb. Bu, o deməkdir ki, Avropa artıq “soyuq qışı” qarşılamaq məcburiyyətində qaldığını anlamalıdır. Yəni, hər hansı bir enerji kommunikasiyasında baş verə biləcək “ehtiyatsızlıq” Avropa üçün böyük təhlükələrə yol açacaq. Bundan xilas yolu isə yalnız “vahid əl”ə tabe olmaqdan keçir. Hazırda “vahid əl” rolunu isə Vaşinqton üstlənmiş kimi görünür.
Yens Stoltenberq Alyansın Ukraynanın yanında olmağa davam edəcəyini də bildirib. “Rusiya cəbhədə irəliləyiş əldə edə bilmir. Daim ərazi itirir. Cəbhədə lazımi gücə malik deyil və Ukraynanın əks-hücumlarını dayandıra bilməz. Onların raket atmaqdan başqa çarələri yoxdur” - Stoltenberq deyib. İlk baxışdan bu açıqlama NATO-nun Ukraynanı “ürəkləndirməsinə” yönəlmiş kimi görünə bilər. Amma burada daha çox status-kvonun saxlanması özünü biruzə verir. Yəni, bu açıqlamada NATO həm Rusiyaya, həm də Ukraynaya mesaj vermiş olur. Belə ki, burada, Alyansın müşahidəçi statusdan iştirakçı statusuna keçməsinin bir addım məsafədə olduğu vurğulanır. Digər tərəfdən, Alyans Ukraynaya da “danışıqların vaxtı yetişir” kimi bir mesaj vermiş olur. Bunun da bir sıra səbəbləri var.
ABŞ-ın “U” gedişi - tam sürətlə irəli, tam sürətlə geri
G7 toplantısında mövcud “nüvə təhlükəsi” məsələsi də müzakirə mövzusu olub. Nüvə müharibəsi ilə bağlı narahatlıqlara toxunan Stoltenberq Rusiyanın nüvə vəziyyətində heç bir dəyişiklik görmədiklərini bildirib və Ukraynanın infrastrukturuna ediləcək hər hansı hücuma vahid cavab veriləcəyini vurğulayıb.
Bu isə, o deməkdir ki, ABŞ artıq “nüvə müharibəsi” anonsunu səsləndirir. “Vahid cavab” dedikdə də təbii ki, rəsmi Vaşinqton nəzərdə tutulur. Çünki G7-də yer alan digər ölkələrin əksəriyyətinin arsenalında nüvə silahı yoxdur. Alyansın böyük həvəslə Rusiyanı nüvə qarşıdurmasına cəlb etməsinin səbəbləri isə ilk baxışdan məlumdur. ABŞ-ın məqsədi bəllidir:
- Nüvə təhdidi mənzərəsi formalaşdırmaqla Avropanı tam təsiri altına almaq;
- Rusiya ilə birtərəfli danışıqlara gedərək Ukrayna üzərindən özünün maraqlarını təmin etmək;
- Avropanı enerji təhdidi qarşısında qoymaqla iqtisadi asılılığı daha da möhkəmləndirmək.
Bütün bunlar isə bir daha onu göstərir ki, ABŞ-ın Ukraynaya ayırdığı maliyyə heç də birtərəfli deyil. Tam əksinə, bu, Vaşinqtonun yeni dünya düzəni planının ən önəmli hissəsidir. Nəzərə alsaq ki, Türkiyənin vasitəçiliyi ilə prezident Putin Vaşinqtonla danışıqlara dəvət edilir, demək ki, Kiyev - Moskva qarşıdurmasında yeni mərhələnin əsası qoyulur. Bu mərhələdə ABŞ artıq “sülh mesajları” ilə də yadda qala bilər...
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

