12 iyun - Sinqapurda tarixi görüş...
03.06.2022 [10:34]
Çin - ABŞ münasibətlərinə aydınlıq gətirəcəkmi?
Pərviz SADAYOĞLU
ABŞ prezidenti Cozef Baydenin mayın sonunda reallaşan Uzaq Şərq səfəri bir çox məsələlərə aydınlıq gətirdi. Avropada Rusiya ilə Ukrayna arasında davam edən hərbi qarşıdurmanın ikinci fazasının məhz Uzaq Şərqə kontent olunması artıq qaçılmaz kimi görünür. Belə ki, Ağ Ev rəhbərinin Tokioda “Tayvan adasına tam dəstək bəyanatı çoxları tərəfindən Vaşinqtonun Çinlə silahlı münaqişənin mümkünlüyünün ilk rəsmi təsdiqi kimi qiymətləndirilir. Bu bəyanatın ardından ABŞ mətbuatının Ağ Evdəki rəsmilərə istinadən prezident Baydenin sözlərinin yanlış təfsir olunduğunu deməsi isə daha böyük marağa səbəb olub. Bəlli olub ki, prezident Bayden Çinlə döyüşməyə hazır olmaqdan danışmır, yalnız özünümüdafiə üçün Tayvanı Amerika silahları ilə təmin etmək niyyətindən bəhs edir. Qalmaqalın qarşısını almaq üçün isə ABŞ-ın müdafiə naziri Lloyd Ostin də ABŞ dövlət başçısının Çini müharibə ilə təhdid etmədiyini, sadəcə Vaşinqtonun regionda sülhün qarantı olmaq istəyini nümayiş etdirdiyini bildirib. “Prezidentin dediyi kimi, bizim vahid Çin siyasətimiz dəyişməyib. O, bu siyasəti, eləcə də Tayvan boğazında sülh və sabitliyə sadiqliyimizi bir daha təsdiqlədi,” - deyə Pentaqon rəhbəri bildirib.
Çin hədələdi - Başınıza fəlakət açırsınız
Yeni dünya nizamında fərqli cəbhələrdə yer alacaq ölkələrin adlarının qismən də olsa dəqiqləşməsi isə Çini hərəkətə gətirib. Prezident Baydenin Koreya və Yaponiya səfərinə qədər susqunluğunu qoruyan rəsmi Pekin artıq öz mövqeyini açıq şəkildə bildirməyə başlayıb. Baydenin açıqlamasının ardından Çin Xalq Azadlıq Ordusunun 30-a yaxın döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub. Onların arasında iki KJ-500 erkən xəbərdarlıq və idarəetmə təyyarəsi, altı J-16 qırıcısı, səkkiz J-11, dörd J-10 və iki cüt Su-35 və Su-30 təyyarələri var idi. Bundan əlavə, Tayvan sahillərində uçuşda iki Y-8 elektron kəşfiyyat təyyarəsi və sualtı qayıq əleyhinə aviasiya və elektron müharibə üçün bir təyyarə iştirak edib. Siyasi mütəxəssislər bu addımı ABŞ-ın şərq sularında yaratdığı yeni hərbi birliyə əzələ nümayişi və Tayvana qarşı himayədarlığa cavab sayırlar. Çin isə bununla kifayətlənmək istəmir. Bu ölkənin xarici işlər naziri Vanq Yi Pekində keçirilən “Kissincer və Çin-Amerika münasibətləri” seminarında ABŞ-ın öz hərəkətləri ilə Tayvan üzərində münaqişə yarada biləcəyi və bunun onlar üçün fəlakətli nəticələrə yol açacağı kimi hədələyici bəyanatla çıxış edib. Vanq Yi açıq təhdid ritorikasından istifadə edib. Çinli nazir bildirib ki, ABŞ hakimiyyəti “vahid Çin” prinsipinə əməl etməsə, öz başına fəlakət gətirəcək. Onun sözlərinə görə, Vaşinqtonun siyasəti “ÇXR-in tam məğlubiyyətinə və ABŞ-ın mütləq qələbəsinə” yönəlməkdə davam edərsə, Pekinlə qarşıdurmanın intensivləşməsi qaçılmaz olacaq. Bu açıqlamanın Tayvan adası sahillərində baş tutan ən kütləvi uçuşla üst-üstə düşməsi isə şərqdə “müharibə ehtirası”nın qızışmasından xəbər verir.
Ağ Evin Tayvan planı - “KİRPİ”
“The New York Times” isə ABŞ administrasiyasındakı mənbələrə istinadən Ağ Evin Tayvan planı ilə bağlı fikirlər yayıb. Bildirilib ki, Amerika siyasətinin məqsədi “Tayvanı bəzi rəsmilərin “kirpi” adlandırdığı yerə - silahlarla və ABŞ-ın digər dəstəyi ilə dolu ərazi”yə çevirməkdir. Bu məqsədlə, Birləşmiş Ştatlar Tayvana F-16V qırıcıları, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və gəmi əleyhinə silahlar satmağa, o cümlədən Ukrayna ilə yanaşı Tayvanı da kəşfiyyat məlumatları ilə təmin etməyə başlamağa söz verib. ABŞ dövlət katibi Entoni Blinken mövzu ilə bağlı son çıxışında ABŞ-Çin münasibətlərindəki gərginliyin dərəcəsini azaltmağa çalışıb. “Biz Tayvanın müstəqilliyini dəstəkləmirik. Biz Tayvan boğazının sahilləri arasındakı fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasını gözləyirik”, - deyə Amerika diplomatiyasının rəhbəri əlavə edib. Onun sözlərinə görə, Pekin getdikcə daha çox təxribat xarakterli ritorikadan və Tayvan yaxınlığında müntəzəm uçuşlardan istifadə edir. Rəsmi Vaşinqton isə təhlükəsizliyi önəmli sayır və Tayvanın sosial - iqtisadi sistemini “təhlükə altına salacaq hər hansı güc tətbiqinə və ya digər təzyiq formalarına” qarşı çıxacaq. Ağ Evin yeni Çin strategiyasının mərkəzində isə “inteqrasiya edilmiş çəkindirmə” prinsipi dayanır - müttəfiqlər və tərəfdaşlar Çinin artan təsirinə, o cümlədən Tayvana qarşı artan ambisiyalara qarşı birgə işləməyə cəlb edilirlər. Bu, Tokioda keçirilən 5-tərəfli görüşü növbəti dəfə yada salır...
İki dünya nəhəngi masaya oturacaq
Bu arada, Tayvan boğazındakı vəziyyətlə bağlı və ABŞ-Çin münasibətlərində artan riskləri minimuma endirmək üçün ABŞ ilə Çinin müdafiə nazirləri arasında görüşün keçirilməsi nəzərdə tutulur. Lloyd Ostin və Vey Fenqenin iyunun 10-12-də Sinqapurda ilk şəxsi görüşünün baş tutacağı gözlənilir. “The Wall Street Journal” ABŞ administrasiyasındakı mənbələrə istinadən bu görüşün Şanqri-La Dialoqlar forumu çərçivəsində reallaşacağını yazıb. Bu görüş əhəmiyyətliliyinə görə yaşadığımız yüzilliyin ən mühüm hadisələrindən birinə çevrilə bilər. Belə ki, iki dünya nəhənginin qarşıdakı dövrdə davranışlarının və hərbi güc nümayişinin əsas düyünü məhz Sinqapurda çözüləcək.
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

