Ağ Evin Moskvaya məktubunda nə yazılıb?
28.01.2022 [09:44]
Vaşinqtonu geri addım atmağa məcbur edən səbəblər var
Pərviz SADAYOĞLU
ABŞ axır ki, Rusiyanın yazılı cavab istəyini yerinə yetirib. Belə ki, yanvarın 26-da ABŞ-ın Rusiyadakı səfiri Ceyk Sallivan yazılı cavabı Rusiya XİN-ə təqdim edib. Bununla bağlı keçirdiyi mətbuat konfransında ABŞ-ın dövlət katibi Entoni Blinken məlumat verib. Bildirib ki, təqdim olunan sənəddə Rusiyanın hərəkətləri ilə bağlı ABŞ, onun müttəfiqlərinin və tərəfdaşlarının narahatlıqları əks olunub. Həmçinin sənəddə Rusiyanın qaldırdığı məsələlərin praqmatik qiymətləndirilməsi və ABŞ-ın öz təklifləri əks etdirilib: “Biz sənəddə də bəyan etmişik ki, əsas prinsiplər var və biz bu prinsipləri müdafiə etməyə sadiqik. Buraya Ukraynanın suverenliyi və ərazi bütövlüyü, hər bir ölkənin özünün müttəfiqlərini seçməklə bağlı suveren hüququ daxildir”.
Dövlət katibinin sözlərinə görə, sənəddə qarşılıqlı şəffaf addımların atılmasının mümkünlüyünə də toxunulub. Buraya etimadın artırılması üçün Avropada hərbi təlimlərin, manevrlərin keçirilməsi məsələsi, silahlara nəzarət mexanizmi daxildir: “Əgər danışıqlar xoş niyyətlə davam edərsə, bizim, müttəfiqlərimizin və tərəfdaşlarımızın narahatlığı nəzərə alınarsa, biz qarşılıqlılıq prinsipinə əsaslanaraq Rusiyanın qaldırdığı məsələlərə baxacağıq. Sənəddə mənim Kiyev, Berlin və Cenevrədə dediklərim əks olunub. Biz dialoqa açığıq və diplomatiyaya üstünlük veririk. Rusiya Ukraynaya qarşı aqressiyanı dayandırarsa və de-eskalasiya istiqamətində addımlar atarsa, biz kommunikasiyanın mümkünlüyünə inanırıq.”
ABŞ dövlət katibi NATO-nun da ayrıca olaraq öz yazılı sənədini Moskvaya təqdim etdiyini qeyd edib: “Biz sənədi ictimaiyyətə yaymayacağıq. Bizim Rusiyanın oxşar addımı atacağı ilə bağlı ümidimiz və gözləntimiz var. Ümid edirəm ki, Moskva sənədlə tanış olduqdan sonra mən qarşıdakı günlərdə Lavrovla görüşəcəyəm və biz növbəti addımları müzakirə edə biləcəyik. Diplomatiyaya gəldikdə, bizim ciddiliyimiz və qərarlılığımızla bağlı heç bir şübhə olmamalıdır.”
NATO-nun Baş katibi Yens Stoltenberq isə keçirdiyi mətbuat konfransında Rusiya ilə NATO-nun Brüsseldə və Moskvada müvafiq ofislərini bərpa etməli olduqlarını deyib. Onun fikrincə, NATO Ukrayna da daxil olmaqla Avropanın təhlükəsizliyi ilə bağlı Rusiyanın narahatlıqlarını dinləməyə hazırdır, lakin Rusiya müttəfiq ölkələrə və bütün xalqlara yönəltdiyi aqressiv və pisniyyətli fəaliyyətlərdən çəkinməlidir.
Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev isə mətbuata müsahibəsində Ukraynadan Rusiyaya qarşı geosiyasi təzyiq aləti kimi istifadə edildiyini bildirib. Onun fikrincə, Ukrayna ABŞ və NATO-nun əlində oyuncağa çevrilib. TŞ-nın sədr müavini Ukrayna ətrafında olan gərginliyin yaxın gələcəkdə azalacağına ümid etdiyini bildirib. Medvedev əlavə edib ki, Ukrayna özlüyündə nə amerikalılara, nə də avropalılara lazımdır.
Ümumiyyətlə, ABŞ-ın Rusiyanın tələbinə əməl etməsi siyasi ekspertlər tərəfindən də birmənalı qarşılanmır. Son günlərə qədər öz mövqeyində möhkəm dayanmış kimi görünən rəsmi Vaşinqtonun geri addım atması “yeni razılaşmanın işartısı” kimi qiymətləndirilməkdədir.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Rusiya axır ki, ABŞ-dan təhlükəsizliyin təminatı ilə bağlı istədiyi məktubu əldə edə bildi. Politoloq məktubla bağlı müxtəlif mülahizələrin irəli sürüldüyünü, müzakirələrin açıldığını bildirib. O qeyd edib ki, bu, işin yarısıdır: “Hələlik məktubda nələrin qeyd edildiyi tam bilinmir. Bununla belə, həmin məktubda Rusiyanın irəli sürdüyü təhlükəsizliyin təminatı ilə bağlı məsələnin də yer aldığı şübhəsizdir. Burada əsas məqamlardan biri ABŞ-ın son günlərə qədər hər hansı bir məktub yazmaq fikrində olmadığında israr etməsi idi. Rəsmi Vaşinqton Rusiyanın diktəsi və şərti ilə danışıqlar aparmaq niyyətində olmadığını deyirdi. Brüsseldəki görüşdən sonra bu tipli bəyanatlar daha da intensiv səslənirdi. Bəs necə oldu ki, Rusiyanın tələbinə əməl edildi? Görünür, ABŞ bu və ya digər şəkildə Rusiyanın təhlükəsizliklə bağlı tələbinə əməl edir. Amma prosesin hansı formada inkişaf edəcəyini zaman göstərəcək. Fikrimcə, müharibə riski hələ də davam edir. Proseslərin inkişafı bunu göstərir”.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

