/ / Moldova mətbuatında ermənilərin Azərbaycanın işğal altındakı ərazilərinə vurduğu ziyanla bağlı məqalə dərc edilib
Moldova mətbuatında ermənilərin Azərbaycanın işğal altındakı ərazilərinə vurduğu ziyanla bağlı məqalə dərc edilib
26.11.2020 [09:19]
Ermənilər 30 il müddətində Azərbaycan ərazilərində qanunsuz yaşayıblar, məscidləri, məbədləri, qəbiristanlıqları, evləri, binaları və abidələri dağıdıblar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun bu ölkənin “NOİ.md”, “AVA.md”, “İPN.md” və digər informasiya portallarında dərc olunan məqaləsində yer alıb.
Məqalədə səfir bildirib ki, müzəffər Azərbaycan Ordusuna işğal edilmiş torpaqları geri qaytarmaq, Ermənistanın ölkəmizin mədəni irsindən və təbii sərvətlərindən sui-istifadəyə son qoymaq üçün 44 gün kifayət etdi. İndi digər vacib məsələ var - ermənilər hər şeyə görə cavab verməlidir!
Q.Osmanov qeyd edib ki, ermənilərin artıq bütün dünyanın öyrəndiyi kimi, qiymətli ağac növlərini kəsməklə yanaşı, bu illər ərzində işğal altındakı ərazilərdəki qiymətli metalları, xüsusən də qızılı qanunsuz olaraq Ermənistana ixrac etdiklərini xatırlatmaq lazımdır. Ermənistanda işləndikdən sonra Azərbaycanın qızıl ehtiyatları üçüncü ölkələrin bazarlarına çıxarılıb və orada satılıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinə uyğun olaraq qanunsuz sahibkarlıq fəaliyyəti faktları ilə uzun müddətdir ki, erməni mənşəli xarici vətəndaşlara qarşı 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işləri açılıb. İstintaq orqanı tərəfindən beynəlxalq axtarışa verilən “Vallex Group”un maliyyə investorlarına, İsveçrə vətəndaşı Vartan Sirmakes, “Vallex Group”un rəhbəri Valeri Meclumyan və “Base Metals”ın icraçı direktoru Artur Mkrtumyana qarşı ittihamlar irəli sürülüb.
Əlbəttə ki, Ermənistanın dəymiş zərəri öz iradəsi və vicdanı ilə ödəməsinə ümid yoxdur. Ermənistan məcbur olmasa, heç nə ödəməyəcək. Onu buna beynəlxalq təşkilatlar məcbur etməlidir. Qaydalara əsasən, Ermənistanın vurduğu ziyanın tam və dəqiq qiymətləndirilməsindən sonra borcun qaytarılmasının bütün şərtlərini, habelə ödəmədiyi təqdirdə ona tətbiq ediləcək sanksiyaları özündə birləşdirən sənəd yaxın gələcəkdə hazırlanmalıdır. Bununla əlaqədar olaraq, Azərbaycan artıq beynəlxalq təşkilatlara, xüsusən də BMT və Dünya Bankına müraciət edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

