/ / İsrailin “Kanal-24” beynəlxalq xəbər telekanalında Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri haqda süjet göstərilib
İsrailin “Kanal-24” beynəlxalq xəbər telekanalında Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri haqda süjet göstərilib
17.03.2015 [10:15]
Martın 15-də İsrailin ingilis və fransız dillərində eyni vaxtda yayımlanan “Kanal-24” beynəlxalq xəbər telekanalında Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri haqda süjet göstərilib.
İsrailin və dünyanın xəbər kanallarında qeyd edilir ki, Yaxın Şərq regionundakı insanların əksəriyyətinin fikrincə, yəhudilərlə müsəlmanların dinc yanaşı yaşaması ağlasığmaz fantaziyadan başqa bir şey deyil. Lakin bugünkü amansız dünyada yəhudilərlə müsəlmanların qlobal miqyasda dinc yanaşı yaşamasının rəmzi və həqiqi nümunəsi olan kiçik bir məkan da var. Bu, Azərbaycan Respublikasındakı Qırmızı Qəsəbədir.
Bu yaxınlarda həmin qəsəbədə səfərdə olmuş israilli məşhur telejurnalist Lüsi Axariş yəhudilərlə müsəlmanların dostluq nümunəsi olan bu qəsəbə barədə təəssüratlarını bölüşüb: “Səfərimiz soyuq bir qış günündə, Azərbaycanın yəhudilər yaşayan qəsəbəsində səhər duasından başlandı. Azərbaycan Dağ Yəhudiləri İcması ölkənin şimal paytaxtı sayılan Qubada yığcam şəkildə yaşayır”.
Qırmızı Qəsəbə dağ yəhudiləri icmasının keçmiş rəhbəri Boris Simanduyev İsrailin “Kanal 24” beynəlxalq telekanalına verdiyi müsahibədə deyib: “Bu gün burada gördüklərimiz Azərbaycanın bütün dini konfessiyalarının - müsəlmanların, xristianların və yəhudilərin sıx əməkdaşlığının nəticəsidir. Bu gün biz müxtəlif dinlərə mənsub olan insanların bir-birinə sevgi və hörmətlə yanaşmasının nümunəsiyik”.
Lüsi Axarişin fikrincə, Qırmızı Qəsəbə bütün postsovet məkanında dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə yerdir. Burada heç vaxt antisemitizm olmayıb. Azərbaycanlılar və yəhudilər əsrlər boyu sülh şəraitində yaşayır və bir-birinə böyük hörmət bəsləyir, sevinclərini və kədərlərini bölüşürlər.
Quba rayon İcra Hakimiyyətinin Qırmızı Qəsəbə üzrə nümayəndəsi David İsakov deyib: “Qırmızı Qəsəbədən köçüb gedən insanların çoxu buraya qayıdır. İnanırıq ki, yəhudi qəsəbəsi bundan sonra da Azərbaycanda tolerantlıq və multikulturalizm nümunəsi olacaq. Biz İsraili çox sevirik. İsrail bizim tarixi vətənimiz, Azərbaycan isə evimizdir”.
Lüsi Axariş səmimi tərzdə qeyd edir: “İki kənd, bir çay və iki din - bu, müasir Azərbaycanın həqiqi və möhtəşəm gözəlliyidir. Əsl multikulturalizm və dinc yanaşı yaşayış nümunəsi olan bu qəsəbə ekstremizm və radikal fundamentalizm halları müşahidə edilən dünya üçün müsbət nümunədir. Burada, Azərbaycanda gördüklərimiz müxtəlif dinlərə etiqad bəsləyən insanların dinc-yanaşı yaşamasının, bir-birinə hörmət bəsləməsinin real nümunəsi və sübutudur”.
Süjetdə qeyd edilir ki, Azərbaycan dinin dövlətdən ayrıldığı dünyəvi müsəlman dövləti nümunəsidir. Sünnilərlə şiələr arasında münaqişə və ziddiyyətlər yaranan başqa müsəlman ölkələri ilə müqayisədə Azərbaycanda islam sabitlik və qarşılıqlı hörmət amilidir.
Quba rayonundakı Ərdəbil məscidinin imamı Şeyx Həmdulla deyib: “Hər müsəlman bilməlidir ki, o, başqaları üçün nümunədir. Hər bir müsəlmanın davranışı onun böyüdüyü ailədə və cəmiyyətdə aldığı tərbiyənin nəticəsidir”.
İsrailli məşhur jurnalist və teleaparıcı Lüsi Axariş süjetin sonunda qeyd edir ki, həftəsonu istirahət günlərini Azərbaycanda keçirməklə bir daha yəqin edib ki, məhz bu gözəl qonaqpərvər ölkədə yəhudilər və müsəlmanlar sülh şəraitində necə yaşamağı və bir birinə necə hörmət etməyi bütün dünyaya öyrətməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

