/ / Türkiyənin nüfuzlu “Milliyet” qəzetinin internet bloqunda AzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu rəhbərinin məqaləsi yerləşdirilib
Türkiyənin nüfuzlu “Milliyet” qəzetinin internet bloqunda AzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu rəhbərinin məqaləsi yerləşdirilib
30.12.2014 [09:12]
Dekabrın 29-da qardaş Türkiyənin nüfuzlu “Milliyet” qəzetinin internet bloqunda “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası 2014-cü ildə böyük uğurlar qazandı” sərlövhəli məqalə yerləşdirilib.
AzərTAc xəbər verir ki, müəllifi AzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyevin olduğu məqalədə 2014-cü ilin Naxçıvanda “Muxtariyyət ili” elan edildiyi bildirilib və muxtariyyətin qədim diyarın Azərbaycanın tərkibində saxlanılmasında, onun inkişafında, təhlükəsizliyinin təminində oynadığı mühüm roldan bəhs edilib.
Qeyd olunub ki, bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2014-cü ili muxtar respublikada “Muxtariyyət ili” elan edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin bununla bağlı təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 2014-cü ildə muxtar respublikanın idarə və təşkilatlarında, elm və təhsil müəssisələrində bir sıra tədbirlər keçirilib. Həmçinin Türkiyə, ABŞ, Bolqarıstan, Cənubi Afrika Respublikasında və digər ölkələrdə muxtariyyətin 90 illiyi ilə bağlı silsilə tədbirlər reallaşıb.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovdan sitatlar verilən məqalədə qədim diyarın intibah dövrünü yaşadığı vurğulanıb.
Bildirilib ki, bu il Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı Naxçıvan Beynəlxalq Hava Limanının və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binaları, Gənclər Mərkəzi, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Kəngərli Rayon Mərkəzi Xəstəxanası, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilib.
Məqalədə nəzərə çatdırılıb ki, artıq bu gün muxtar respublikada 352 növdə məhsul istehsal edilir. 107-si ərzaq və 229-u qeyri-ərzaq olmaqla, 336 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. 2014-cü ildə muxtar respublikanın şəhər və rayonlarında 47 yeni istehsal və xidmət sahəsi yaradılıb. Ümumilikdə, il ərzində 19 tam orta məktəb binasında tikinti, yenidənqurma və əsaslı təmir işləri həyata keçirilib. 2014-cü ilin ötən dövründə xarici ticarət əməliyyatlarının həcmi 515 milyon 194 min ABŞ dolları təşkil edib. Bu, blokada vəziyyətində olan Naxçıvan üçün mühüm əhəmiyyətə malik nəticələrdir.
Bütün bunların Azərbaycan Prezidenti İlham Əliyevin strateji mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasına diqqət və qayğısı nəticəsində əldə olunduğu məqalədə xüsusi vurğulanıb, naxçıvanlıların vətənpərvərliyi, işgüzarlığı, Ulu öndərimiz Heydər Əliyev siyasi xəttinə sədaqətinin örnək təşkil etdiyi bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

