/ / “Eurasia Hoy” qəzeti: Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın tərəqqisi göz qabağındadır
“Eurasia Hoy” qəzeti: Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın tərəqqisi göz qabağındadır
27.08.2014 [09:37]
Amerikada çıxan ispandilli “Eurasia Hoy” qəzetində beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın tərəqqisi göz qabağındadır” sərlövhəli məqaləsi dərc edilib (http://eurasiahoy.com/25082014-el-impresionante-progreso-de-azerbaiyan-bajo-la-gestion-del-presidente-ilham-aliyev/).
Müəllif yazır ki, yunan mifologiyasına görə, odu allahlardan oğurlayıb insanlara gətirmiş Prometeyi zəncirləyərək Qafqaz dağlarına bağlayıblar. Çox vaxt “Odlar Yurdu” adlanan Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir. P.Teyz yazır ki, Azərbaycan iqtisadiyyatının və əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf xəttinin təməli məhz bu təbii ehtiyatlar olub.
Müəllif bildirir ki, keçmiş Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz coğrafi mövqeyi ilə əlaqədar çətinliklərlə üzləşmişdi. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Azərbaycanda Dağlıq Qarabağ lokal müharibələri regionun iqtisadiyyatı üçün də problemlər yaradırdı. Bu çətinliklərə baxmayaraq Prezident Heydər Əliyev ölkədə dövlətçiliyi yenidən qurmağa nail oldu. Ekspert qeyd edir ki, Heydər Əliyev uzaqgörən rəhbər idi. O, maliyyə sahəsində qayda yaratmağa, regionda sabitliyə, Bakıda demokratik təsisatlar yaratmağa nail oldu.
P.Teyz daha sonra Azərbaycanın geosiyasi vəziyyəti barədə məlumat verərək qeyd edir ki, 35 min insanın həlak olması ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi iqtisadiyyata da mənfi təsir göstərib. 2000-ci illərin əvvəlindən etibarən ölkədə iqtisadi tərəqqi daha çox nəzərə çarpır. Bakı xaricdən sərmayələr cəlb etməklə dünyanın ən dinamik, yeni texnologiyalara əsaslanan iqtisadi mərkəzlərindən birinə çevrilib.
Müəllif daha sonra Azərbaycanın iqtisadi inkişafına dair statistik məlumatlara istinad edərək göstərir ki, 2002-2006-cı illərdə Azərbaycanda dövlət gəlirləri iki dəfə, 2006-2008-ci illərdə isə üç dəfə artıb. 2008-ci ildə dünya iqtisadi böhranı ucbatından Azərbaycanda iqtisadi inkişaf sürətinin nisbətən azalması müşahidə edilirdi, lakin az sonra Azərbaycan iqtisadiyyatı canlandı. Azərbaycanda adambaşına ümumi daxili məhsulun xeyli artması da bu meyli təsdiqləyir. Prezident Heydər Əliyevin və ölkənin indiki rəhbəri İlham Əliyevin möhkəm iradəsi sayəsində Azərbaycan çox qısa müddətdə gəlirlərin səviyyəsi aşağı olan ölkədən bu göstəricinin səviyyəsi orta olan ölkəyə çevrildi.
Müəllif sonda yazır ki, Azərbaycan rəhbərliyi 2014-2015-ci illərdə qeyri-neft sənayesinə xarici sərmayələrin həcminin artırılmasını stimullaşdırmaq mexanizmlərinə dair təkliflər paketi hazırlayır. Bu təkliflərə uyğun olaraq, yerli istehsalın həcmi, işçi qüvvəsinin məhsuldarlığı və ölkənin özündə istehsal edilən malların rəqabət qabiliyyəti artacaqdır. Ekspert Azərbaycanı tezliklə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil etməyə çağırır.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

