Erməni lobbisi illeqal və təxribatçı fəaliyyətini davam etdirir
07.08.2014 [09:50]
Ermənilər ABŞ konqresmenlərini ermənipərəst mövqe tutmağa təhrik edirlər
Sirr deyil ki, işğalçı siyasət yeridən Ermənistan beynəlxalq münasibətlər sistemində “forpost” kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Belə olan halda, öz xarici siyasət strategiyasında beynəlxalq hüquq normalarını əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Digər tərəfdən, Ermənistanın xarici siyasəti müəyyən hegemon güclərə güvənərək yalnız işğal, təcavüz və təxribat üzərindən fəaliyyət göstərməkdən ibarətdir. Buna paralel olaraq terror aktlarını, təxribat və qondarma iddiaları dəstəkləyən erməni lobbisi qeyri-qanuni yollarla təbliğat apararaq Ermənistanın təcavüzkar siyasətinə haqq qazandırmağa, o cümlədən, dünya ictimaiyyətini manipulyasiyaya məruz qoymağa çalışır. Erməni lobbisinin təxribatçı və dağıdıcı fəaliyyət mexanizminin əsaslarından birini də ayrı-ayrı ölkələrin qanunvericilik orqanlarında qara piar xarakterli təbliğat aparmaq, külli miqdarda maliyyə vəsaiti hesabına müxtəlif siyasətçiləri özlərinə cəlb etmək təşkil edir. Məsələn, ABŞ-dakı erməni lobbisinin konqresmenləri ermənipərəst mövqe tutmağa təhrik etməsi sirr deyil. Bu kontekstdə son olaraq müşahidə edilən olay da bunu sübuta yetirir. Belə ki, Amerika Erməni Milli Komitəsi bu il ABŞ-da keçiriləcək Konqresə seçkilərlə bağlı Ermənistan-Amerika məsələləri - 2014-cü il üçün namizədlərin anketini hazırlayıb. Anketdə Azərbaycan və Türkiyə ilə bağlı məsələlər də yer alıb və burada bir daha erməni yalanı və hiyləsi, ermənilərin türklərə və azərbaycanlılara qarşı məkrli münasibətləri özünü açıq-aydın şəkildə göstərib. Qeyd edək ki, anketdə namizədlərdən Amerikada erməni seçiciləri “narahat edən” suallar təqdim olunur və doldurulmuş anketlərin “e-mail” ünvanına və ya faksla göndərilməsi tələb edilir. Namizədlərin anketində bir sıra məsələlər, o cümlədən qondarma “erməni soyqırımı” ilə bağlı suallar yer alıb. Qondarma “erməni soyqırımı” ilə bağlı hissədə guya Türkiyənin “erməni soyqırımı”na dair “həqiqət”i inkar etməsi qeyd olunur.
Vurğulamaq gərəkdir ki, anketdə yer alan sual və fikirlər, əslində, birbaşa Azərbaycan və Türkiyəyə böhtan olmaqla yanaşı, ABŞ-ın da beynəlxalq imicinə xələl gətirən nüanslardır. Məsələn, anketdə bildirilir ki, ABŞ-ın dəstəyi ilə Ermənistanda “demokratiya” və iqtisadi vəziyyət gücləndirilib və Türkiyə-Azərbaycan tərəfindən ikili blokadanı aradan qaldırmağa kömək edib. Anketdə Amerika-Ermənistan arasında genişlənən ikitərəfli ticarət və investisiya layihələrinin Amerika və erməni xalqları arasındakı əlaqələrin davam etdirilməsinə imkan yaratdığı qeyd edilir və namizədlərdən ABŞ-la Ermənistan arasında iqtisadi əlaqələri genişləndirəcək ticarət və investisiya layihələrinin həyata keçirilməsini dəstəkləyib-dəstəkləmədikləri soruşulur.
Bundan başqa, sənəddə namizədlərdən Ermənistanda müstəqillik və özünəinamın güclənməsinə yönəlmiş ABŞ proqramlarını və ABŞ-ın “Dağlıq Qarabağ”a” göstərdiyi daimi inkişaf və humanitar yardımı dəstəkləyib-dəstəkləmədikləri soruşulur.
Anketin “Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi” və Türkiyənin Ermənistana qarşı qanunsuz blokadasının aradan qaldırılması” yarımbaşlıqlı hissələrində beynəlxalq hüquq normalarına uyğun olmayan, reallıqları əks etdirməyən təxribatçı fikirlər yer alıb.
Bütövlükdə, bu sənəd bir daha onu göstərir ki, erməni lobbisi yenə də öz ampluasındadır və təxribatçı fəaliyyətini davam etdirir. ABŞ konqresmenlərinin isə əsas təsir auditoriyası seçilməsi təsadüfi deyil. Əvvəla ona görə ki, onlar bununla qondarma iddiaları, böhtanları davam etdirməklə Azərbaycan və Türkiyəyə qarşı qara piar kampaniyasını sürdürməyə çalışırlar. Digər tərəfdən, məqsəd dünyanın siyasi xəritəsindən silinməyə doğru gedən Ermənistanı hansısa yollarla düşdüyü bataqlıqdan xilas etməkdir. Amma bu yol, heç şübhəsiz uğurlu deyil və “bumeranq” effekti ilə nəticələnəcəyi şəksizdir.
Nəticə etibarilə, ermənilər ABŞ konqresmenlərini ermənipərəst mövqe tutmağa tərhik edirlər və onların Azərbaycana və Türkiyəyə qarşı münasibətlərinə təsir etməyə çalışırlar. ABŞ-dakı erməni lobbisinin əsas ideoloji mərkəzi funksiyasını yerinə yetirən araşdırma mərkəzlərinin fəaliyyəti sistemli şəkildə həyata keçirilməkdədir. Bu cür araşdırma mərkəzlərinin məqsədi Azərbaycan və Türkiyənin beynəlxalq mövqelərini zəiflətmək, saxta tarixi dünya ictimaiyyətinə sırımaqdır.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

