Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / Qəbələ şəhəri 2020-ci il üçün İƏT-in “Turizm paytaxtı” seçilib

Qəbələ şəhəri 2020-ci il üçün İƏT-in “Turizm paytaxtı” seçilib

07.02.2018 [10:13]

Banqladeşin paytaxtı Dəkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Turizm Nazirlərinin 10-cu Konfransında Azərbaycan da təmsil olunur.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakçı ölkələrin nümayəndələri ilə apardığı danışıqlar nəticəsində konfrans zamanı Qəbələ şəhəri 2020-ci il üçün İƏT-in “Turizm paytaxtı” seçilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 11-ci Konfransının Azərbaycanın sədrliyi ilə 2020-ci ildə Qəbələdə keçirilməsi qərara alınıb. Həmçinin ölkəmiz İƏT Turizm Koordinasiyası Komitəsinə üzv seçilib.
Konfransa fevralın 7-də yekun vurulacaq.

Paylaş:
Baxılıb: 2244 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31