Uşaqların dünyası...
02.04.2024 [11:10]
Beynəlxalq Uşaq Kitabı Günüdür
Dahilər hər zaman kitabı bilik, zəka, idrak mənbəyi, kamillik zirvəsi hesab ediblər. Bu, səbəbsiz deyil. Çünki insanlar ən yüksək keyfiyyətləri mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Böyük şəxsiyyətlərin həyatlarına nəzər yetirdikdə, onların hərtərəfli inkişafında mütaliənin əhəmiyyətli rol oynadığını aydın şəkildə görmək mümkündür.
Uşaq və yeniyetmələrin də mənəvi, intellektual və estetik inkişafında kitabın rolu danılmazdır. Unudulmamalıdır ki, kitablar fikir müharibəsinin silahlarıdır. Oxuyan və oxuduğunu yaxşı dəyərləndirməyi bacaran insan hər zaman öndədir, fərqlidir, mübahisə və müzakirə bacarığı yaxşı olan biridir... Kitablar hər zaman yanımızdadır, ən sadiq dostlarımızdır. Hər hansı bir məlumat öyrənmək istəsək, kitablar köməyimizə çatar, bütün suallarımızı cavablandırarlar.
Tarixə nəzər...
Aprelin 2-i Beynəlxalq Uşaq Kitabı Günüdür. Bu tarixin seçilməsini alman yazıçısı Yella Lepman istəyib. 1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü və qərarıyla 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Günü kimi qeyd olunmağa başlayıb.
Lepmanın bu istiqamətdəki təklifləri bununla kifayətlənmir. O, hələ 1953-cü ildə uşaq ədəbiyyatı üzrə “balaca nobel mükafatının” - Hans Xristian Andersen mükafatının təsis edilməsini də təklif edib. Həmin ildən etibarən məşhur nağılçının adını daşıyan bu mükafat dünya uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsmi çəkən 17 illüstrasiyaçı - rəssama təqdim olunub. İlk dəfə bu, 1956-cı ildə ingilis nağılçısı Eleanor Fardkona, 1958-ci ildə isə İsveç yazıçısı Astrid Lindqrenə verilib. Sonra bu sırada alman yazıçısı Erix Keçtner, Ceyms Kryuss, italyan Canni Rodarı və başqalarının adı yer alıb. Ancaq
təəssüflər olsun ki, Azərbaycana bu mükafat hələ ki, qismət olmayıb. Beynəlxalq aləmdə uşaq kitabı üzrə daha bir mükafat da var: bu, son illər nəşr olunan ayrı-ayrı uşaq kitablarının illüstrasiyasına və onların dünyanın müxtəlif dillərinə tərcüməsinə görə təqdim edilən Fəxri Diplomdur.
Uşaq kitablarının tarixi isə daha qədimdir. Bu tarix 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsindən hesablanır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədiylə rəsmlərin yer aldığı kitab nəşr etdirib. XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayır. D.Defo və C.Sviftin “böyüklər” üçün yazılmış “Robinzon Krunzo” (1719) və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olundu. Yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. Şərqdə “Min bir gecə”, “Ələddin”, “Əli-Baba və qırx quldur”, “Sindibadın yeddi səyahəti” nağılları da qeyd olunmalıdır. Qrim qardaşlarının nağıllar kitabı bu baxımdan diqqət çəkir. 1846-cı ildən başlayaraq Andersonun qələmə aldığı nağılları da uşaqlar günümüzdə də çox sevirlər. Müəlliflərin və kitabların adını çox sadalamaq olar. XIX əsri uşaq ədəbiyyatının “qızıl əsri” sayanlar da çoxdur.
Hər şey kimi kitab da ailədən başlayır
Dünyada belə bir günün təsis edilməsi diqqəti uşaq ədəbiyyatına, kitablara çəkmək məqsədi daşıyır. Kitab oxumaq mədəniyyəti uşaqlıqdan yaranan bir prosesdir. Hələ kiçik yaşlarda, məşğul olacaq, başını qatacaq, diqqətini cəlb edəcək şeylərin az olduğu zamanlarda valideyn övladının əlinə kitab verməklə ona bir növ oxu mədəniyyəti aşılayır. Həmin vaxt uşaq hərfləri tanımaya, oxumaq vərdişinə yiyələnməyə bilər. Amma anasının, atasının verdiyi o kitab öncə vərəqləri, şəkilləri ilə diqqətini cəlb edəcək. Pedaqoqlar bildirirlər ki, əvvəllər uşaq üçün kitab bir oyuncaqdır. O, sadəcə kitabın səhifələrini vərəqləməkdən xoşlanır. 2 yaşından etibarən uşaq rəsmlərdən ibarət olan, bez, yaxud qalın kartondan düzəldilmiş, əlində tuta biləcəyi kiçik kitabları sevir. 3-4 yaşlı uşaqlar onlara rəsmli nağıl kitablarının oxunmasını istəyirlər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34

