Daşınmaz əmlak bazarında vəziyyət...
01.11.2023 [10:35]
Qiymətlər niyə bahadır?
Y.SAHİB
Son zamanlar torpaq sahələrinin və mənzillərin qiymətində artımlar müşahidə edilməkdədir. Ekspertlərin fikrincə, torpaq bazarında qiymət artımı davam edəcək, hətta bir az da bahalaşacaq. Oktyabr ayının 1-dən kommunal istiqamətdə qanunvericiliklə bağlı ciddi dəyişiklik oldu. Misal üçün, işıq, qaz, su şəbəkələrinə qoşulmaq yalnız sənədləri qanunvericiliyin tələbinə tam olaraq uyğun olan tikililər üçün mümkün olacaq. Hansı tikililərin, fərdi yaşayış evlərinin sənədləri qaydasında deyilsə, onlar işıq, qaz, su şəbəkələrinə qoşula bilməyəcək.
Belə qaydalar vətəndaşları tədricən sövq edəcək ki, sənədli torpaq sahələrində ev tiksinlər. Bu isə, təbii ki, qiymətin artımına təsir göstərən amildir. Ancaq mənzil bazarı və torpaq sahələrinin baha olmasını labüd edən başqa səbəblər də var.
Hər il 20 faizə qədər bahalaşma...
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Yeni Azərbaycan”a açıqlamasında mənzil bazarındakı qiymətlərin baha olma səbəblərini qeyd edib. Onun sözlərinə görə, artıq uzun illərdir ki, paytaxt Bakı və digər böyük şəhərlərin daşınmaz əmlaklarında ciddi qiymət artımları baş verir. Son 2 ildə artımlar daha da sürətlənib. Təqribən hər il əmlakların qiymətində 10-15, bəzən isə 20 faizə qədər artım müşahidə olunur. Bunun səbəbi paytaxta bölgələrdən gələnlərin artması, xüsusən də Rusiya-Ukrayna müharibəsi səbəbindən hər iki ölkədə yaşayan həmyerlilərimizin Azərbaycanın daşınmaz əmlak sektoruna yatırım etməsidir. Alıcı kütləsi qısa vaxt ərzində həddindən çox artdı. Satılan əmlakların böyük bir hissəsi kreditli şərtlərlə satılır. Yəni 2022-ci ildə 65 minə yaxın daşınmaz əmlak təkcə ipoteka və digər kreditli şərtlərlə satıldı”.
Bu torpaq sahələri cüzi ucuzlaşa bilər...
Ekspert həyət evləri və torpaq sahələrində də qiymət artımlarının olduğunu təsdiqlədi: “Bunun səbəbi isə artıq mərkəz və mərkəzə yaxın ərazilərdə torpaq sahələrinin olmaması, varsa da qiymətlərin kəskin baha olmasıdır. Xüsusən də həyət evləri üçün yararlı olan torpaq sahələri demək olar ki, qalmayıb, qalanların qiymətində də artımlar ciddi sürətdə davam edir. Bu il oktyabrın 1-dən yeni qərara əsasən, çıxarışı olmayan həyət evlərinə kommunikasiya xətlərinin çəkilişi qadağandır. Bu da birmənalı olaraq çıxarışlı torpaqların və çıxarışlı əmlakların satış qiymətlərində növbəti artıma gətirib çıxaracaq. Çıxarışı olmayan torpaq sahələrinin qiymətlərində isə cüzi enmələr ola bilər”.
E.Fərzəliyev torpaq sahələrinin baha olmasının digər səbəblərini də açıqladı: “Bakıda çoxmənzilli yaşayış binaları üçün torpaq sahələri olmadığı üçün tikinti şirkətləri daha çox istismar müddətini bitirmiş, köhnə və qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərini sökür. Onların yerində yeni binalar tikilir və o binalarda yaşayan sakinlərin hər biri tikilən yeni binadan mənzillə təmin edilir. Tikinti şirkətləri həmin sakinlərin kirayə və digər xərclərini qarşılayır ki, bu da öz-özlüyündə tikilən binaların maya dəyərini artırır və satış qiymətərində kəskin artımlar baş verir”.
Qiymətlərin azalması üçün münbit şərait yoxdur...
Ekspert qiymətlərin enməsi üçün hələ ki, əmlak bazarında münbit şəraitin olmadığını vurğulayıb: “Lakin 2020-ci ildən torpaqlarımız azad olunub və həmin ərazilərimizdə tikinti-bəpa işləri gedir. Bu işlərin getməsi nəticəsində həmin ərazilərdə yüzlərə və minlərlə vətəndaşlarımız işçi kimi çalışırlar. Artıq azad olunan ərazilərdə iş yerləri artıqca, insanları axını ora olacaq və gələcəkdə məcburi köçkünlər mərhələli şəkildə öz yurdlarına dönəcəklər. Bu zaman onlara dövlət tərəfindən verilmiş əmlaklar geri alınacaq. Ötən aylarda şahid olduq ki, məcburi köçkünlər üçün tikilmiş müxtəlif binalardakı 5 minə yaxın mənzillərin bir hissəsi şəhid ailələrinə verildi, digər hissəsi isə daha ucuz qiymətə satışa çıxarıldı. Təbii ki, satışda ucuz qiymətə mənzillər çıxdıqda bu əmlak bazarında öz təsiri göstərir və qiymətlərin nisbətən stabilləşməsinə gətirib çıxarır”.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

