Payız depressiyası: necə xilas olaq?
16.09.2023 [16:04]
MÜŞFİQƏ
Artıq payız fəsli qapımızı döyməkdədir. Bu fəsil özü ilə birlikdə romantika, bir az bədbinlik, bir az da tənhalıq hissi gətirir. Günəşi daha az görmək, iş məsuliyyətinin artması, məktəblərin başlaması, uzun və isti yay günlərinin geridə qalması, eləcə də havaların soyuması insanlarda bəzi psixi dəyişikliklərə səbəb olur. İlin bütün fəsillərində yaşanılan xatirələr payız fəslində özünü daha durğun və depressiv formada göstərir. Araşdırmalara görə, depressiya riski qadınlarda 25%-ə çatır.
Yuxusuzluq və ya həddindən artıq yuxululuq, özünü günahkar hiss etmək və ya özünü dəyərsiz hiss etmək, diqqəti cəmləyə bilməmək, həddindən artıq çəki artımı və ya çəki itirmə, əsəbilik və gərginlik, habelə intihara meyillilik və s. halları depressiyanın simptomları sırasında öz yerini alır. Deyilənə görə, bu psixi pozuqluq yay fəslinə qədər davam edə bilər. Görəsən, bu fikir nə qədər doğrudur?
Psixoloqlar bildirirlər ki, melanxolik insanlarda daha uzunmüddətli çəkə bilər. Depressiya kimi psixoloji pozuntular ilboyu mövcuddur, amma onunla payız və qış aylarında daha çox qarşılaşırıq. İnsanın bütün həyat fəaliyyətinə təsir göstərən depressiya öz-özlüyündə dərin məna daşıyır. Depressiya psixi pozuntudur və kəskin fəsadları ola bilər. Əgər insanlar özlərində iki həftədən çox enerji azalması və yuxu pozuntusu hiss edirlərsə, bu zaman mütəxəssislərə müraciət edilməlidir. O demək deyil ki, insan bu vəziyyətdən tək başına çıxmalıdır. Bəzən bir neçə psixoterapiya seansı və müayinə kömək edə bilər. Depressiya təbii bir haldır və heç kim ondan sığortalanmayıb. Enerji və həyata maraq itəndən sonra sosial və iş həyatında geriləmələr başlayır. Ona görə də həyatınıza laqeyd yanaşmamalıyıq.
Xüsusən də gənclər üçün bu fəsil yay sevgisinin və parlaq günəşli günlərin bitməsi deməkdir. Tutqun qış günləri və soyuq havaların gələcəyini bilmək düşüncəsi onlarda depressiv əhval-ruhiyyə yaradır. Yaşlı insanlar da mövsümi dəyişikliklərdən daha çox təsirlənirlər. Xüsusilə payız-qış ayları emosional olan yaşlı insanları daha həssas və kövrək edir. Ona görə də yaşlı insanlarda depressiya daha ağır keçə bilər. Bütün bunlardan başqa, depressiya genetik də ola bilər.
Psixoloqların fikrincə ən yaxşı metod gülməkdir. Sevdiyiniz insanlarla birlikdə gülmək stressinizi azaldacaq, motivasiyanızı artıracaq və xoşbəxtlik hormonunuzu artıracaq. Yorğunluğunuza və tənhalıq hissinə də yaxşı təsir göstərəcək. Özünüzə kiçik qısamüddətli hədəflər qoyun. Təxirə saldığınız hər şeyi qaydasına salmaq üçün bu fəsil çox yaxşı bir fürsət olacaq.
Bu barədə psixoloqların bir neçə məsləhəti var:
1. Yuxunuza və qida rasionunuza diqqət yetirin.
2. Dörd divar arasında qapanıb qalmayın.
3. Dost və yaxınlarınıza vaxt ayırın. Biz bilirik ki, bir fincan isti çay və səmimi söhbət belə insanı depressiv vəziyyətdən dərhal xilas edə bilər.
4. Fiziki fəallığı artırmaq, təmiz havada bol-bol yürüyüş, səhər idmanı payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır.
5. Mütləq həyatınıza yeniliklər əlavə edin. Məsələn, yeni bir iş, yeni bir mühit... düşüncəsi belə insanın həyat eşqini artırmağa kifayət edir.
6. Ən əsası sevgini həyatınızdan əskik etməyin. Sevin və sevilin.
7. Heyvanlarla təmasda olun, onlara tez-tez yem verin və sadəcə kənardan izləyin. Əslində xoşbəxt olmaq çox bəsitdir.
8. Radiasiya və enerji yayan bir işdə işləyirsinizsə, axşam evə gələndə isti duş qəbul edin.
9. Karbohidratlardan uzaq, yaşıl tərəvəz və meyvələrlə qida rasionunuzu zənginləşdirin.
10. Gün ərzində su içməyi unutmayın.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20

