Yeni kampaniya!: "Bir kliklə" al və dünyanı məhv et!
29.08.2023 [12:16]
MÜŞFİQƏ
Bu gün dünyada 2.8 milyard onlayn alış-veriş edən insan var. Əslində, istehlak çılğınlığı 1950-ci illərdən yaranıb, bu gün daha müasir formada qarşımıza çıxır. Nağd alış-verişi “bir klik” əvəz edib.
İnsan yeni əşyalara sahib olmaq hissinin ona həzz verdiyini zənn edir. Ən son model smartfondan istifadə etmək və ya dəbli paltarlar geyinmək üçün bəzən kreditlər götürür, borc bataqlığına düşür. Amma bu zövq daimi olmur. Əslində durmadan tükətmə istəyimizin kökündə mənəvi aclıq dayanırmış. Mənəvi aclığımız artıqca əşyalarımız da artmağa davam edir. Bir müddət sonra əşyaya baxıb bunu niyə aldığımızı sorğulayırıq. Yəqin ki, sizə də bu səhnə tanış gəlir?
Təmassız və onlayn alış-verişlər insanları daha çox pul xərcləməyə sürükləyir. Dərk edəndə isə gec olur. Bir də görürsünüz ki, marketoloqların “hiylələrinin”, daha dəqiq desək, endirim kampaniyalarının qurbanına çevrilmisiniz. Endirimdən yararlanmaq üçün ehtiyac oldu-olmadı hər şeyi almısınız. Əslində maarifləndirmək məqsədilə 2007-ci il noyabrın 24-də dünyada “Alış-verişə qadağa günü” keçirilsə də, insanlara “Black Friday” endirim günü daha cəlbedici görünür. Siz bataqlıqdan qaçdıqca hansısa özəl və xüsusi günlər endirimləri sizi özünə çəkməkdə davam edir. İnsan iradəsi ilə mübarizə aparmağa başlayır.
Bəs bu çılğınlığın qarşısını necə almaq olar? Mütəxəssislərin fikrincə, asılılqdan qurtarmaq istəyən insan, ilk növbədə, problemi beynində həll etməlidir. Növbəti səviyyədə isə plan qurmalı və planlı şəkildə pul xərcləməlidir. Qulağa elə də qəliz gəlmir. Deyilmi? Ehtiyaclardan ibarət siyahı tutun və ondan kənara çıxmayın. Çox sadə! Alış-veriş mərkəzlərində yox, təbiət qoynunda vaxt keçirin. Nəticədə həm cibimiz dolu olacaq, həm də ruhumuz sağlam qalacaq.
Unutmayaq ki, həddindən artıq istehlak planetimizi məhvə aparır. Yavaş-yavaş dünyamız zəhərlərnir. Biz bilirik ki, daha çox əşya daha çox ağacın kəsilməsi, eləcə də daha çox plastik istehsalı deməkdir. Plastiklərin isə planetimizə vurduğu zərərləri və onilliklər boyu təbiətdə qalması (məhv olmaması) ilə barədə dəfələrlə söhbət açımışıq. Bir sözlə, planetimizin qorunmasına töhfə verməyin yollarını axtarmalıyıq. Gəlin, evimizdə istifadə etmədiyimiz paltarları, malları, materialları çeşidləyək, ehtiyacı olanlara verək, yaxud təkrar emala göndərilməsi üçün geyim qutularına ataq.
Daha bir çıxış yolu isə təkrar emal edilmiş paltarlardan istifadədir. Digər sayımızda bu barədə ətraflı məlumat verəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

