Gözlərimizə nur verənlər...
08.08.2023 [12:15]
Gözlərin dediyini bəzən sözlər belə ifadə etmir. Bəlkə də elə buna görə “gözlər qəlbin aynasıdır” deyirlər. Göz informasiyadır, gözəllikdir, hiss və emosiyadır. Ətraf mühiti tanımaq və duymaqda bizə yardımçı olan ən əsas duyğu üzvümüzdür. Gözlərimiz olmasaydı, bizi əhatə edən gözəllikləri, dünyanı tanıya bilməzdik. Bəzən hislərimizi, emosiyalarımızı hər nə qədər gizlə?məyə çalışsaq da gözlərimiz bizi ələ verir, hislərimizi biruzə verdirir.
Görməsini itirmiş insan qanadı qırılmış quşa bənzəyir sanki. İnsan görməsini itirdiyi anda özünü hər şeydən məhrum olmuş kimi hiss edir. Belə vəziyyət insanlarda ruh düşkünlüyü, özünə qapanma halları yaradır. Görməsi zəif olan insanlar daha ehtiyatla hərəkət edir, hətta bir çox hallarda ətrafdakıların yardımına ehtiyac duyurlar. Oftalmoloqlar isə bu cür insanları əməliyyat edib, həmin insanlara sanki yeni həyat bəxş edirlər.
2004-cü ildən etibarən avqustun 8-i Beynəlxalq Oftalmoloq Günü kimi qeyd edilir. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış professor, mikrocərrah-oftalmoloq Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.
Gözlərimizi necə qoruyaq?
Oftalmoloq-həkim Nərgiz Sultanova gözlərimizi qorumaq üçün əməl etməli olduğumuz qaydalarla bağlı “Yeni Azərbaycan”a açıqlama verib. Onun sözlərinə görə, bu qaydalar çoxdur: “Düzgün işıqlandırma əsas qaydalardan biridir. Kifayət qədər olmayan işıqlandırma zamanı gözlər həddindən artıq yüklənir və tez yorulur. Lakin çox güclü işıq da gözlərin yüklənməsinə səbəb ola bilər. Bu səbəbdən gün işığı lampalarından istifadə etmək daha məsləhətlidir”.
Kompüter arxasında işləyənlər...
Oftalmoloq qeyd edib ki, gözləri tez-tez qırpmaq lazımdır və bu qayda əsasən kompüter arxasında işləyənlərə daha çox aiddir: “Belə ki, kompüterdə işlədikdə insan gözlərini gec-gec qırpır. Bu isə gözlərin qurumasına səbəb olur. Gözlərin quruması isə onların sağlamlığı üçün çox ziyanlıdır. Orqanizmdə olan hər bir əzələlər işləmələdir. Uzun müddət ərzində işləməyən istənilən əzələ zəifləyir. Ona görə də gün ərzində uzaqda və yaxında yerləşən obyektlərə baxmaq lazımdır. Bu da xüsusilə kompüterdə işləyən insanlara aiddir. Onların uzun müddət yaxın məsafəyə baxmaları göz əzələsinin zəifləməsinə səbəb olur”.
Təmiz hava...
N.Sultanova bildirib ki, gözü qorumağın qaydalarından biri də təmiz havadır: “Hər gün təmiz havada gəzmək bir çox orqanlar kimi göz sağlamlığına da çox faydalıdır. Lakin günəş şuaları gözlərin sağlamlığı üçün ziyanlıdır. Gözlər yüksək keyfiyyətli gün eynəklərinin köməyi ilə günəş şüalarından qorunmalıdır”.
Düzgün qidalanma vacibdir...
Oftalmoloq vurğulayıb ki, qidalanma qaydaları da göz sağlamlığında mühüm rol oynayır: “Belə ki, gözlərin sağlamlığını bir sıra vitaminlər qoruyur. Bunlara sitrus meyvələrində mövcud olan C vitamini, badam və avokadoda çoxlu miqdarda olan E vitamin aiddir. Eyni zamanda, bütün qırmızı və narıncı rəngdə olan meyvə və tərəvəzlərin tərkibində olan A vitamini, süd məhsulları, mal əti və qaraciyərdə olan sink də göz sağlamlığında vacib rol oynayır.
Göz sağlamlığının qorunmasının əsas yollarından biri də kifayət qədər su qəbuludur. Sağlam insan gün ərzində təxminən 2 litr təmiz su içməlidir. Bu bütün orqanizmin olduğu kimi gözlərin də sağlamlığı üçün əhəmiyyət kəsb edir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45

