Qida təhlükəsizliyi...
07.06.2023 [11:30]
Sağlam gələcəyin təminatı
Sağlamlığımız üçün qidalanmanın rolu böyükdür. Lakin qidalanmadan öncə daha vacib bir nüans var: Ərzaqların düzgün şəkildə saxlanılması, sanitar qaydalara riayət edilməsi. Bu fakt qida təhlükəsizliyi üçün çox vacibdir. Məlumdur ki, qida çeşidliliyi günü-gündən artır. Bu çeşidlilik heç də faydalı qidaların artımına aid deyil. Əksinə, istehlakçıları çaş-baş salacaq, fərqli, bir çox hallarda isə keyfiyyətsiz qidalar istehsal edilir. Bu baxımdan qidaların təhlükəsizliyi üçün vacib olan amillər gözardı edilməməlidir.
Ölkələrin ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi qlobal məsələrdən biridir. Çünki hər bir ölkənin ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorları əhatə etdiyi üçün qida təhlükəsizliyinin də təmin edilməsi dövlət siyasətinin prioritet sahəsidir.
Bu gün Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu ilki hesabatına əsasən, hər il 600 milyon insan qida ilə ötürülə bilən 200 növ xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyə yoluxanlar arasında isə xüsusilə gənclər üstünlük təşkil edir. Təşkilatın məlumatına görə, qida ilə yoluxan xəstəliklər dünyada hər 10 nəfərdən 1-nə təsir edir. Artıq 5-ci ildir ki, qeyd olunan Ümumdünya Qida Təhlükəsizliyi Gününün bu ilki devizi “Qida standartları həyatları xilas edir” adlanır.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən sağlam qidalanma üzrə mütəxəssis Natəvan Musayeva qida təhlükəsizliyinin bütün dünyada aktual olduğunu qeyd edib. Onun sözlərinə görə, qidalanmada mövsümi meyvə-tərəvəzlərə üstünlük vermək lazımdır. Bu, birmənalı şəkildə vacibdir. Lakin meyvə-tərəvəzlərin düzgün formada yuyulmaması olduqca ciddi problemlərə yol aça bilər: “Bəzən sanitar-gigiyena qaydalarına düzgün əməl edilməməsi insan sağlamlığında böyük fəsadlar yaradır. Qidaların təhlükəsiz olması üçün vacib olan bir neçə şərtlər var. Məsələn, ərzaq məhsullarının saxlanma şəraiti, yuyulması, həmçinin düzgün şəkildə istehlakı. Təəssüf ki, bu amillər çox vaxt gözardı edilir. Ona görə də, bəzən adi bir qaydaya əməl edilməməsi ciddi problemlərin ayaq açmasına səbəb olur. Ümid edirəm ki, Ümumdünya Qida Təhlükəsizliyi Gününün qeyd olunması ictimaiyyətin bu amillərə diqqət etməsi üçün yararlı olacaq. Çünki bu xüsusi gün vasitəsilə qida təhlükəsizliyi üçün vacib olan faktlar gündəmə gətirilir. Lakin unutmamalıyıq ki, sağlamlıq üçün yalnız bu gün yox, hər an qida təhlükəsizliyinə önəm vermək, ən adi qaydalara riayət etmək lazımdır”.
N.Musayeva bildirib ki, ərzaq məhsullarının satışa çıxarılmamışdan öncə lazım olan yoxlamalardan keçməsi üçün müəyyən mərhələlər var. Bu mərhələlər tamamlandıqdan, yəni qidaların təhlükəsizliyi sübuta yetiriləndən sonra satışa çıxarılır. Məhz bu amil hər bir ölkə genefodunun sağlamlığı üçün vacibdir: “Dövlətimizin mövcud qanunlarına görə, yararlılıq vaxtı keçmiş malların satışı birmənalı şəkildə qadağandır: “Belə hala rast gəlinərsə, həmin şəxsi 1500 manata qədər cərimə gözləyir. Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı mövcuddur. Lakin qida təhlükəsizliyinin təmin olunması məsələsində ictimaiyyətin də xüsusi rolu var. Gərək hər bir vətəndaş əl-ələ verib qida təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan Qida Təhlükəsizliyinə (AQTA) kömək etsin. Hər kəs təhlükəli qida məhsulları haqqında agentliyə məlumat verməlidir”.
Ekspert həmçinin vurğulayıb ki, əhalinin ərzaq məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi olduqca mühüm əhəmiyyət kəsb edir: “Qida təhlükəsizliyi insan və heyvan sağlamlığı, ətraf mühitin mühafizəsi sahəsində önəmli rol oynayır. Qida təhlükəsizliyi milli genefondun qorunmasında və sağlam nəsil yetişdirilməsində təsiredici əsasları özündə cəmləşdirən amildir. Ona görə də hər bir dövlət öz aqrar siyasətində qida təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır, əhalinin sağlam ərzaq məhsulları ilə təmin edilməsi məsələsini ən önəmli tədbirlər sırasına daxil edir. Bu məsələdə beynəlxalq təcrübənin öyrənilməsi və mövcud qanunvericilik aktlarında dəyişikliklərin aparılması da vacibdir”.
Sağlamlıq insana verilən böyük nemətdir. Bunun üçün vacib olan nüanslara diqqət etməkdə fayda var. Gəlin sağlamlığımızın qayğısına elə sağlam olarkən qalaq!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18

