Qışın şaxtasından daha çox “üşüdən” otel qiymətləri...
15.12.2022 [10:58]
Bölgələrdə yeni il əyləncəsi neçəyə başa gələcək?
Yeganə BAYRAMOVA
Yeni il bayramı ilə əlaqədar həm yerli, həm də əcnəbi turistlərin istirahətini gözəl keçirməsi üçün turizm sektorunda xüsusi hazırlıqlar görülür. Turistlərin istirahəti üçün paytaxtda və bölgələrimizdə yüksək şəraiti olan otellər isə kifayət qədərdir. Lakin qiymətlər hər kəs üçün o qədər də sərfəli deyil.
Qiymətlər səhər yeməyi, otağın standart və ya lüks şəraitindən, eləcə də şou proqramlardan asılı olaraq dəyişir. Yeni il şənliyi təşkil edilən otellərin bir çoxu ilə əlaqə saxladıq, yerlərin daha öncədən bron edildiyi deyildi. Paytaxtın ən məşhur otellərindən biri “Four Seasons otel”də iki nəfər üçün bir gecəlik qiymət dodaq uçuqlatdı.
Əlaqə saxladığımız digər otel isə “Hilton Baku” oldu. Burada da qiymətlər otaqların standart və ya lüks olmasına , eyni zamanda eyvan mənzərəsinə görə dəyişir.
Regionlarda qiymətlər isə paytaxta nisbətən daha yüksəkdir. Buna səbəb Bakıda qonaqlama yerlərinin daha çox olması, həm də bayram günlərində vətəndaşların kütləvi şəkildə rayonlara axın etməsi ilə əlaqədardır. Bölgələrdəki otellərə gələnlər isə minimum 2 və 3 gecə qalırlar.
Paytaxt sakinləri qiymətlərin baha olması səbəbindən büdcələrinin bayramı rayonda qeyd etməyə imkan vermədiyini deyirlər. Mütəxəssislər isə bildirirlər ki, bayramqabağı qiymət artımı normal haldır. Bunun tutarlı səbəbləri var.
Turizm üzrə ekspert Ramin Zamanovun “Yeni Azərbaycan”a açıqlamasına görə, qiymət artımına səbəb quru sərhədlərin bağlı olması ilə əlaqədar bölgələrdəki otellərə tələbatın artmasıdır: “Qonşu ölkələrdən gələn turistlərin bölgələrə daha çox üstünlük verməsi otellərə tələbatı artırır. Təbii ki, bu durum da qiymətlərin baha olmasını qaçılmaz edir”.
İndi isə ayrı-ayrı otellərdəki bayram qiymətləri ilə tanış olaq:
“Four Seasons Hotel Baku” - 1 gecəsi 1164.90 manatdır. Bura bayram yeməyi daxil olsa da, şou proqram daxil deyil.
“Hilton Baku Hotel” - standard otağın bir gecəsi 489 manatdır. Delux otaq 558 manat təşkil edir. Bura yalnız səhər yeməyi daxildir. Junior Suitedə bir gecəlik qiymət isə səhər yeməyi daxil 692 manatdır.
“Qafqaz Resort Hotel” - minimum 2 gecə koteclər 1466 Azn, otaq qiyməti 1285 Azn. Səhər yeməyi və şou proqram qiymətə daxildir.
“Şahdağ Mountain Resort” - minimum 3 gecə, qidalanma və şou proqram daxil 1710 Azn
“Şamaxı palace” - minimum 2 gecə, qidalanma və şou proqram daxil 1400 Azn
Bu qiymətləri görəndən sonra adamın canına lap üşütmə gəlir. Elə üşütmə ki, heç Şaxta Babanın kürkünə də bürünsən, canın isinməz.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44

