Dezinformasiya yayanlar...
15.10.2022 [10:43]
Türkiyədə həbs olunacaqlar - Bəs bizdə?
Yeni qanun çoxluq tərəfindən dəstəklənir
Türkiyə Böyük Millət Məclisi internet mediasını dövri nəşrlər sırasına daxil edən, o cümlədən, açıq şəkildə yalan məlumat yayan şəxslərə qarşı məsuliyyəti müəyyənləşdirən Dezinformasiya ilə Mübarizə Qanunu qəbul edib.
Bununla bağlı, Türk Cəza Qanununa edilən dəyişikliyə görə isə, ölkənin daxili və xarici təhlükəsizliyi, ictimai asayişi və ümumi sağlamlığı ilə bağlı ictimaiyyət arasında narahatlıq, qorxu və ya panika yaratmaq məqsədi ilə ictimai asayişi pozmağa yönəlik şəkildə ictimaiyyət arasında yalan məlumat yayan şəxs bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, Fransa, Almaniya və bir neçə başqa ölkədə də dezinformasiya yaymaq cinayət sayılır.
Türkiyənin aparıcı media mütəxəssislərinin fikrincə, dezinformasiya ilə mübarizə bütövlükdə cəmiyyəti əhatə etməlidir. Belə ki, dezinformasiya ilə birgə yaranan sosial problemlər son bir neçə ildə bütün dünyada kəskin izlər buraxıb. Fərdi mənada yaratdığı psixoloji problemlərdən, ümumən cəmiyyətlərin yaşadığı problemlərə qədər geniş təsirlərə səbəb olan dezinformasiya sosial medianın ortaya çıxardığı bəlalardandır. Bunun qarşısını almaq üçün isə, inzibati tədbirlər görülməsi vacib şərtə çevrilib. Bu mənada, TBMM-in qəbul etdiyi Qanun Türkiyədə çoxluq tərəfindən dəstəklənir.
Yalan, şantaj və dezinformasiya
Bəli, “informasiya əsri” sayılan XXI əsrin ən böyük “bəlalarından” birisi məhz dezinformasiyadır. “Söz azadlığı”, “insan hüquqları” və bu kimi qlobal ifadələrin altında gizlənməklə istər cəmiyyətə, istərsə də dövlətə qarşı mühüm təhdidlərin formalaşdırılması artıq adi hal almaqdadır. Təəssüfləndirici haldır ki, ölkəmizdə də bəzi saytlar tərəfindən yalan, şantaj və dezinformasiya xarakterli, sifarişli materiallar verilməsi, o cümlədən, sosial mediada yalan və böhtanların yer alması, insanların şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna xələl gətirilməsi kimi vəziyyətlərlə rastlaşırıq. Hətta sosial şəbəkələrdə bu kimi hallar daha geniş yayılmaqdadır. Burada hətta cinayət tərkibli dezinformasiyalara da rast gəlinir. Bu kimi hallara qarşı isə həm qanunun tələblərinin, həm də tədbirlərin sərtləşdirilməsi zərurətə çevrilir.
“Ölkəmizdə də daha etibarlı mexanizmlərin yaradılmasına baxmaq lazımdır”
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev dezinformasiyanın müasir dünyamızda mühüm problemə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, informasiyaların istehsalı, yayılması, informasiya təhlükəsizliyi prinsipinin qorunması bütün ölkələr üçün aktual mövzuya çevrilib: “Dövlətlərin daxili sabitliyi, sosial həmrəylik, ölkənin beynəlxalq imici və bu kimi prinsipial məsələlər dezinformasiyalardan qorunmalıdır. O səbəbdən də, bəzi dövlətlərin bu istiqamətdəki addımları, qanunlarını sərtləşdirməsi normal qiymətləndirilməlidir. Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən normativlər də bu baxımdan başadüşüləndir. Azərbaycanda da proses diqqətlə izlənilir. Təəssüf ki, dezinformasiyalarla bağlı problemlə biz də dəfələrlə üzləşməli oluruq. Hətta 2020-ci il Vətən müharibəsi, Tovuz hadisələri və bu kimi həssas dövrlərdə dövlətin təhlükəsizliyi, hərbi sirrləri ilə bağlı dezinformasiyaların şahidi olurduq. Belə hallarda dezinformasiyaların yayılması daha mühüm təhlükələrə yol aça bilər. Erməni təxribatları zamanı bilərəkdən ya bilməyərəkdən bu kimi informasiya təhlükəsizliyi qaydalarının pozulması, yoxlamadan, məsuliyyətsizcəsinə informasiyaların yayılmasının ölkəmizə hansı ziyanları vurduğunu yaxşı xatırlayırıq”.
Baş redaktor qeyd edib ki, Azərbaycan zaman-zaman xaricdən bəlli qüvvələr, mərkəzlər tərəfindən böyük informasiya hücumlarına məruz qalır, dezinformasiyaların hədəfinə çevrilir. Bu baxımdan, ölkəmizdə də bu sahədə daha etibarlı mexanizmlərin yaradılmasına baxmaq lazımdır. “Burada cəza sanksiyalarının artırılmasından başlayaraq, xəbərdarlıqlar, ictimai qınaq, hətta daha sərt mexanizmlərdən istifadə olunmalıdır. Çünki informasiya təhlükəsizliyi hər bir ölkənin, o cümlədən, Azərbaycanın təhlükəsizlik konsepsiyasının və təhlükəsizlik sisteminin həlledici sütunlarındandır. Bu istiqamətdə etibarlı təminat mexanizmi olmasa, cəmiyyətimizdəki həmrəyliyi, dövlətimizin siyasətini, hərbi sirrlərini dezinformasiya axınlarından etibarlı şəkildə müdafiə edə bilmərik. Ən əsası isə müasir dünyada qlobal aləmdən gələn təzyiqlərə uğurlu şəkildə tab gətirə bilmərik. Ona görə Azərbaycanda da bu məsələnin həm dövlət, həm ictimai, həm də media səviyyəsində müzakirə olunmasına böyük ehtiyac var”, - deyə A.Quliyev əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
22 May 14:26
Gündəm
22 May 13:17
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56

