Azərbaycan Kosmos Həftəsinin fəal iştirakçılarındandır
04.10.2022 [11:05]
Ümumdünya Kosmos Həftəsi qeyd olunur
“Kosmos və Dayanıqlılıq” mövzusunda
G.QABİLQIZI
Kosmos əsrlər boyu insanların marağını özünə cəlb edib. Kəşf etmək, daim axtarışda olmaq duyğusu insanı kosmos barədə fərziyyələr irəli sürməyə, hətta kosmosa səyahətə sövq edib. Dövrlər ötdükcə insanlar daha güclü teleskoplarla kosmosu araşdırıb, kosmos haqqındakı məlumatlarını artırıblar. Beləliklə, marağını aradan qaldırmağa başlayan insan bununla kifayətlənməyib kosmosa uçaraq daha çox məlumat toplamaq istəyib. İnsanın kosmosa uçuşu kəşf etməsi ilə kosmos haqqındakı məlumatlar daha da artmağa başlayıb.
Kosmos haqqında ilk dəqiq məlumatlar, XIX əsrin sonu ilə XX əsrin əvvəlində, xüsusilə şimal ölkələrində qurulan rəsədxanalar sayəsində əldə edilib. 1932-ci ildə Karl Guthe Jansky adlı bir mühəndisin təsadüf nəticəsində tapdığı kosmosdan gələn radio yayımları, daha sonrakı illərdə radio teleskopların ixtirasına, kosmosun dərinliklərinin dinlənməsinə, bu radio yayımlarının qaynaqlarının və səbəblərinin kəşf edilməsinə yol açıb. İkinci Dünya müharibəsi zamanı almanların inkişaf etdirdiyi V-1 və V-2 silahlı raketləri daha sonrakı illərdə kosmosun kəşfi üçün ediləcək layihələrdə böyük bir addım olub.
1947-1956-cı illər arasında xüsusilə, ABŞ kosmik çalışmalara böyük önəm verib. Ancaq kosmik uçuş sınaqları heç biri kosmik gəmini orbitdə yerləşdirməyi bacara bilməyib. Bu əsnada SSRİ, 1957-ci ildə üçpilləli Vostok raketləri ilə Sputnik adındakı ilk süni peyki Dünya ətrafında orbitə yerləşdirərək, kosmik yarışda önə keçib. 10 oktyabr, 1967-ci il tarixində isə beynəlxalq kosmik hüququn əsasını təşkil edən Xarici Kosmos Müqaviləsi imzalanıb. Bu əlamətdar günlərlə əlaqədar olaraq hər il 4-10 oktyabr tarixləri Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunur. BMT-nin Baş Assambleyasının bəyannaməsinə əsasən ilk dəfə 2000-ci ildə başladılan bu ənənəyə uyğun olaraq, bir həftə ərzində dünyanın müxtəlif ölkələrində eyni anda kosmik qurumlar və digər tərəfdaşlar tərəfindən fərqli tədbirlər həyata keçirilir, qlobal kosmik sənayedə baş verən irəliləyişlərin müxtəlif sahələrə göstərdiyi müsbət təsiri vurğulanır. Bu il isə Həftə “Kosmos və Dayanıqlılıq” mövzusu altında keçirilir.
Azərbaycan üçün Kosmos Həftəsində iştirak əhəmiyyətlidir
Qlobal kosmik sənayenin nailiyyətlərini qeyd etmək, eləcə də müxtəlif tərəfdaşların bu sahəyə marağını təmin edib gücləndirmək ölkəmizin əsas hədəflərindən biridir. Bu məqsədlə, Azərbaycan dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən tərəfdaşlara qoşularaq Ümumdünya Kosmos Həftəsində iştirak edir. Təsadüfi deyil ki, Azərbaycan Kosmos Həftəsinin fəal iştirakçılarındandır. Hər il bir həftə davam edən silsilə tədbirlər çərçivəsində sual-cavab, eləcə də universitet tələbələri ilə müxtəlif mövzulara həsr olunmuş info sessiyalar, netvörkinq tədbirləri keçirilir.
Kosmos həftəsi çərçivəsində hansı tədbirlər keçiriləcək?
Azərkosmosun təşkilatçılığı ilə baş tutan kosmos həftəsinin açılışı bu gün - 4 oktyabr tarixində Tusi-Bohm Planetariumunda keçiriləcək. Saat 17:30-da isə NASA-nın keçmiş rəhbəri, 4 kosmik gəmi missiyasının iştirakçısı Çarlz Bolden ilə onlayn görüş keçiriləcək. Ümumilikdə astroloji və texnoloji tədbirlərin universitetlərdə tələbələrlə bir yerdə keçirilməsi, onların bu barədə məlumatlandırılması diqqət mərkəzindədir. Bu baxımdan, 5 oktyabr 12:00-da Bakı Ali Neft Məktəbində tələbələr üçün məlumat sessiyası, 6 oktyabr 14:00-da Bakı Dövlət Universitetində tələbələr üçün “Kosmos və dayanıqlılıqda Azersky peykinin rolu” mövzusunda təqdimat, 16:15-də Azərbaycan-Fransız Universitetində tələbələr ilə görüş, 10 oktyabr 16:00-da isə ADA Universitetinin tələbələri üçün kosmos və kosmos hüququ haqqında məlumat sessiyası baş tutacaq. 8 oktyabrda Tusi-Bohm Planetariumunda uşaqlar üçün eko-çanta master klassı, 9 oktyabrda Azərkosmosun “Facebook” səhifəsində kosmosun inkişafı və kosmos texnologiyaları haqqında canlı sessiya təşkil ediləcək. Bağlanış tədbiri isə 10 oktyabrda Bakı Amerika Mərkəzində uzaq kosmosa həsr olunmuş mövzu ilə yekunlaşacaq.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

