Xaricdə təhsil zamanı qeyri-leqallıq
14.09.2022 [10:55]
Vətəndaşlar marketinq siyasətinin qurbanı olur...
Yeganə BAYRAMOVA
Bəzi vətəndaşlar xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edərkən üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Elm və Təhsil Nazirliyinə mütəmadi müraciət edirlər. Təəssüf ki, belə şikayətlər xüsusilə, dövlət proqramları, eyni zamanda, hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil müsabiqələrinin keçirildiyi dövrdə daha çox intensivləşir. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də qeyd edilən proqramlar ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır: “Vətəndaşlara bir daha bildirmək istərdik ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd sözügedən proqramlara seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Elm və Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Elm və Təhsil Nazirliyinin 146 - 6 “Çağrı Mərkəzi”nə məlumat versinlər”.
Məlumdur ki, xaricdə təhsil alan hər bir şəxsin Azərbaycana qayıtdıqda Azərbaycan ərazisində ali təhsil sənədini tanıtmalı və ixtisas ekvivalentini müəyyən etdirməlidir. Çünki qanunla xaricdə təhsil alan şəxsin diplomu Azərbaycan ərazisində tanınmırsa, yəni nostrifikasiya olunmayıbsa, həmin şəxsin diplomu keçərsiz sayılır. Bu da həmin şəxsin ölkə ərazisində iş tapmasında çox böyük çətinlik yaradır.
Ölkəmizdə diplomların tanınması məsələsinə Təhsildə Keyfiyyət Təminatı Agentliyi adlı qurum baxır. Ancaq son zamanlar müxtəlif şirkətlər xaricdə təhsil adı ilə vətəndaşlara yalnız attestat təqdim etməklə tələbə adını qazanacaqlarını vəd edirlər. Təəssüf ki, belə şirkətlərin sayı gün keçdikcə artır. Həmin şirkətlər Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq etdiklərinə dair vətəndaşlara yanlış informasiyalar verirlər. Nəticədə Azərbaycanda diplomu tanınmayan şəxslər çarəni Elm və Təhzil Nazirliyində axtarır.
Təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, xaricdə təhsil almaq üçün göndərilən şəxslərin hər biri dövlət xətti ilə deyil, hansısa təhsil şirkətləri vasitəsilə təhsil almağa yollanırlar. Ekspertin sözlərinə görə, həmin şəxslər xüsusilə qeyri-leqal, yəni qeyri-qanuni şəkildə xarici ölkələrin universitetlərinə qəbul olurlar: “Məsələn, qardaş Türkiyənin universitetlərində bu cür xoşagəlməz hallar yaşanmır. Demək olar ki, bizim göndərdiyimiz ən çox tələbə sayı məhz Türkiyədədir. Nəzərə alsaq ki, Türkiyə universitetlərinə qəbul yalnız leqal yollarla aparılır, YÖS və digər beynəlxalq dərəcəli imtahanlar keçirilir. Lakin bu say çoxluq təşkil etmir. Amma bunun qarşılığında minlərlə tələbə Türkiyədə təhsil alır. Elm və Təhsil Nazirliyinin açıqlamasında məqsəd ondan ibarətdir ki, yəni müvafiq şirkətlər nazirliyin adından istifadə edib tələbələri xarici ölkələrə göndərirlər, guya nazirliklə əməkdaşlıq etdiklərini bildirirlər. Ancaq bütün bunlar yanlış informasiyalardır. Çünki Elm və Təhsil Nazirliyi onlarla əməkdaşlıq edərsə, bu, o deməkdir ki, həmin qurumların verdiyi diplomu da tanımalıdır. Təhsildə Keyfiyyət Təminat Agentliyi Elm və Təhsil Nazirliyinin tabeliyindədir, həmin şirkətlərin diktə etdiyi vədlər isə vətəndaşları aldatmaqdır. Təbii olaraq, Elm və Təhsil Nazirliyi qeyri-leqal sənədləşmənin əleyhinədir. Yalnız dövlət tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında, 2022-2026-cı illərdə Azərbaycan vətəndaşlarının xarici ölkələrin universitetlərində bakalavr və magistr pilləsi üzrə təhsil almalarının təmin edilməsi məqsədi ilə Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq olaraq qəbul aparılmalıdır. Müəyyən ixtisaslar var ki, həmin ixtisaslar üzrə kimlər təhsil alırlarsa, məhz dövlət büdcəsinin hesabına oxuyacaqlar. Artıq bununla bağlı bir neçə vətəndaş xarici ölkələrə göndərilib. Bəzi şirkətlərin isə Elm və Təhsil Nazirliyinin adından istifadə edərək vətəndaşlara yanlış informasiyalar vermələri, onları marketinq siyasətinin qurbanına çevirmələri zamanı nazirlik haqlı olaraq həmin şirkətlərlə əməkdaşlıq etmir”.
Xəbər lenti
Hamısına baxElm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46

