Yeni məktəbli formaları: Valideynlər narazıdır...
17.08.2022 [10:34]
Yeganə
Yeni məktəbli formalarının satışa çıxarılacağı vaxt və ilkin qiymətlər məlum olub. Bu barədə “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov məlumat verib. Onun sözlərinə görə, uzunqol və qısaqol köynəklərin qiyməti təxminən 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunacaq: “Ümumi qiymət 39 manat olacaq. Qiymətin belə olması materialın yundan hazırlanmasından qaynaqlanır. Yunun bir metri bizə 10 dollara başa gəlir. Jaketlərə gəlincə, onları biz tikmirik. Bu səbəbdən qiymətlərdən hələ xəbərimiz yoxdur”.
E.Əzimov, məktəbli formalarının avqust ayının 17-dən satışa çıxarılacağını vurğulayıb.
Qeyd edək ki, təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək. Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar. Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket. Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.
Bir müddət əvvəl Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. Qərara əsasən, bundan öncəki geyim formalarından tədris ilinin sonunadək istifadə etmək mümkün olacaq.
Xatırladaq ki, ötən ay Elm və Təhsil naziri Emin Əmrullayev məktəbli forması geyinməyənlərin tədris müəssisəsinə buraxılmayacağına dair suallara aydınlq gətirib. O, qeyd edib ki, forma ilə dərsə gəlməyən şagirdin məktəbə buraxılmayacağı doğru deyil: “Bu, tövsiyəedici qaydalardır. Şagirdin ürəyi istədiyi paltarda da məktəbə gəlməsi yaxşı fikir deyil. Direktorun isə məktəblini hansısa forma geyinməyə məcbur etmək səlahiyyəti də yoxdur. Qaydanın mahiyyəti odur ki, şagirdlər arasında fərq olmasın. Forma olanda kimsə özünün varlı olmasını məktəbdə göstərə bilmir. Amma kimsə də məktəbə formada gəlmirsə, nazirlik gedib onu məktəbdə yoxlamayacaq”.
Göründüyü kimi, Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar imzalasa da, Elm və Təhsil naziri şagirdlərin forma geyinməsi üçün hansısa bir tələbin olmadığını bildirir. Mövcud durum valideynlər arasında çaşqınlıq yaradıb. Eyni zamanda, vahid məktəbli forması ilə bağlı məsələ gündəmə gəlib. Hətta bəzi valideynlər şagirdlər arasında ayrı-seçkiliyin olmaması üçün vahid məktəbli formasından istifadəni daha məqbul hesab edirlər. Məsələn, istər dövlət məktəblərində, istərsə də özəl məktəblərdə, liseylərdə vahid formadan nə üçün istifadə edilmədiyi suallar yaradır.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan valideyn Vəfa Hacıbəyova bildirib ki, növbəti tədris ilindən yeni məktəbli formasının tətbiq olunacağından xəbərdardır. Ancaq övladının təhsil aldığı məktəbdə uşaqların hansı forma geyinəcəyi barədə məlumatsızdır: “Deyirlər ki, avqustun sonunda bizə bu barədə məlumat veriləcək. Hazırda məktəb bağlıdır və müəllimlər məzuniyyətdədir. Valideynləri forma barədə avqustun sonunda məlumatlandırmaq doğru deyil. Bunun üçün valideynlərə ən azı 2 ay vaxt verilməlidir. Mənim üç övladım məktəblidir. Mən üç uşağın geyimini, məktəb ləvazimatlarını bu müddətə necə alıb hazır edəcəyəm? Buna həm vaxt, həm də maddi imkanım çatmayacaq. Vaxtında biz valideynlərə məktəbli forması barədə məlumat verəydilər ki, biz də imkanlaşdırıb alaydıq”.
Valideyn Əminə Eyyubova isə söyləyib ki, məktəbli formasını üç ildən bir dəyişdirmək yüz minlərlə valideyni çətin vəziyyətdə qoymaq deməkdir. Ə.Eyyubova bildirib ki, övladlarının təhsil aldığı məktəbdə hansı formanın tətbiq olunacağı barədə məlumatsızdır və onlara da bu barədə tədris ilinin başlanmasına az qalmış məlumat veriləcəyini bildiriblər: “Yeni forma almağa vaxtım və maddi imkanım çatsa, alacağam. Yox, əgər çatmasa, övladlarımı məktəbə ötən ilki forma ilə göndərəcəyəm”.
Mövzu barədə aidiyyəti qurumların mövqeyi növbəti saylarımızda dərc ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56

