Elan: 10 min manata kirayə ev verilir!
02.08.2022 [11:06]
Kirayə bağ evləri niyə bahadır?
M.BAYRAMLI
Havalar isinən kimi kimisi bağ evinə, kimisi də bölgələrimizə üz tutur. Nə bağ evi, nə də kəndi-kəsəyi olanlar isə Bakı ətrafında yerləşən bağ evlərini kirayə tutmağa çalışırlar. Gəl gör ki, kirayə evlərinin qiyməti əl yandırır. Yay mövsümündə bağ evlərinə təlabatın kəskin artması qiymətlərə də öz təsirini göstərib. Hazırda Bakıda ən çox Novxanı, Mərdəkan, Bilgəh, Buzovna, Şüvəlan, Pirşağı və s. qəsəbələrdə bağ evlərinə maraq var. Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev qəzetimizə açıqlamasında bildirib ki, gündəlik bağ evlərinin qiyməti 50 manatdan 300-500 manata qədər dəyişir. Aylıq kirayəsi təxminən 500 manatdan 10 min manata qədər dəyişən bağ evləri də var. Onun sözlərinə görə, qiymətlər dənizə yaxınlığına görə tənzimlənir: “Əvvəlki illərdə dənizə yaxın ərazilərə tələbat çox idi. Çünki insanlar həmin bağ evində qalıb dənizə rahat gedib istirahət edə bilirdilər. Tikintilər o qədər sürətlə aparılıb ki, bir çox ərazilərdə artıq dənizlə məsafə uzaqlaşıb, hətta əlaqə kəsilib. Vətəndaşın dənizə çıxışına müəyyən məhdudiyyətlər yaranıb. Nəticədə Bakının Abşeron ərazisindəki bağ evlərinə təlabat aşağı düşüb”.
Bölgələrə axın qiymətlərin artmasına səbəb olur
Ekspert deyir ki, bu ilə nəzər salsaq, görərik ki, paytaxt ərazisində bağ evi kirayələmək əvvəlki kimi dəbdə deyil. Çünki qonaqlar daha çox bölgələrə üz tuturlar: “Həmin bölgələrdə də gündəlik bağ evlərinin qiyməti demək olar ki, paytaxt ilə eynidir. Bu axın bölgələrimizin inkişafına və iqtisadi vəziyyətin yaxşılaşmasına zəmin yaradır. Çünki oraya gedib insanlar tək bağ evi ilə kifayətlənmirlər. Kafe, restoran və digər iaşə obyektlərindən istifadə edib pul xərcləyirlər. Eləcə də torpaq sahələri, həyət evləri alırlar. Bu da bölgələrimizə pul kütləsinin axını deməkdir”.
Ev almaq kirayələməkdən daha ucuzdur!
Bəs, bölgələrə axın Bakıdakı fantastik dərəcədə baha olan qiymətlərə də təsiri oldumu? Təbii ki, yox: “Bu gün az və ortagəlirli bir vətəndaşın gedib bağ evi kirayələməsi çox çətindir. Söhbət günü 200-300 manata dəyişən bağ evlərindən gedir. İstər şərq ölkələrinin vətəndaşları, istərsə də Rusiyada yaşayan həmyerlilərimiz istirahət üçün buraya gələndə azı 10 gün qalmaq istəyirdilər. Bu da kirayə qiymətlərini rekord həddə çatdırırdı. Hazırkı vəziyyətdə sərhədlərin bağlı olması, eləcə də ümumi baş verən proseslər səbəbindən ölkəmizə turist axını zəifləyib. Buna baxmayaraq, bağ evlərinin kirayə qiymətlərində azalma müşahidə olunmur. Amma satış qiymətlərində ciddi enmələr var. Əvvəlki illərdə təxminən 400-500 min manata satılan bağ evləri hazırda 200-300 min manata təklif olunur, amma alıcısı çox azdır”.
Vergidən yayınan ev sahibləri cərimələnəcək
Gəlirli sahə iqtisadiyyatımızın inkişafına da zəmin yaradır. Buna baxmayaraq, vergidən yayınan insanlar az deyil. Ekspert deyir ki, gəlir əldə edən hər bir vətəndaş vergisini verməlidir. Əks təqdirdə... “Günlük və yaxud aylıq verilən kirayə evləri müqavilə əsasında olmalıdır. Oradan əldə edilən gəlirdən dövlətə vergi verilməlidir. Ortada rəsmi müqavilə olmadığına görə gələcəkdə hər iki tərəf problem yaşayacaq və məhkəmə belə onlara kömək edə bilməyəcək. Hətta ev sahibi məhkəməyə müraciət etdiyi zaman vergidən yayındığı üçün məsuliyyətə cəlb olunacaq və cərimələnəcək”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

