Rusiya imtina edir...
26.05.2022 [10:24]
Boloniya sistemini yeni təhsil sistemi ilə əvəz edəcək
Rusiya Bolonya təhsil sistemindən imtina etmək niyyətindədir. Ölkənin Təhsil Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, Bolonya sistemindən imtina pedaqoqların hazırlığına müsbət təsir göstərəcək. Belə ki, Bolonya sistemindən imtina və ixtisasyönümlü təhsilə keçid ölkədə pedaqoq hazırlığının keyfiyyətini artıracaq.
Nicat
Daha əvvəl isə təhsil naziri Valeri Falkov Rusiyanın özünün yeni bir təhsil sistemi quracağını, Bolonyadan imtina edəcəklərini bəyan etmişdi. Qeyd edək ki, Rusiya Bolonya sisteminə 2003-cü ildən qoşulub.
Bolonya nədir?
Bolonya sisteminin başlanğıcı 1970-ci illərin ortalarına, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnamənin qəbul etdiyi vaxtlara təsadüf edir. Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında “Avropa ali təhsil məkanı” bəyannaməsi və ya Bolonya bəyannaməsi qəbul olunur. Bolonya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar hökumətlərarası görüşlər Praqada (2001), Berlində (2003), Bergendə (2005) və Londonda (2007) keçirilir. Hazırda Bolonya sistemi 46 ölkəni birləşdirir.
Bolonya sisteminin əsas məqsədləri: Avropa ali təhsil məkanının vətəndaşlarının işlə təmin olunması imkanlarının sürətlə inkişaf etdirilməsində əsas istiqamətverici sistem kimi qurulması; Avropanın intellektual, mədəni, sosial və elmi-texniki potensialının formalaşması və möhkəmlənməsi; dünyada Avropa ali məktəbinin nüfuzunun yüksəlməsi; Digər təhsil sistemləri ilə tələbə, pul, nüfuz mübarizəsində rəqabəti təmin etmək; Milli ali təhsil sistemləri ilə uyğunlaşmaya və müqayisə olunmağa nail olmaq; təhsilin keyfiyyətinin yüksəlməsi; Avropa mədəni dəyərlərinin inkişafında universitetlərin mərkəzi rolunun artması. Bu dəyərlərə görə, universitetlər Avropa düşüncəsinin (və ya şüurunun) daşıyıcısı hesab olunur.
Bəyannamənin əsas müddəaları:
Müqayisə olunan dərəcədə qəbul edilmiş sistemlər, o cümlədən diplom, işlə təmin olunma və Avropa ali təhsilinin beynəlxalq rəqabətdə güclü olması.
İkipilləli təhsilə giriş: dərəcəyə qədər və dərəcədən sonra. Birinci pillə 3 ildən az çəkmir.
İkinci pillə magistr və ya doktor dərəcəsi almağa doğru aparır. Avropa sisteminin tətbiq edilməsi tələbənin həyat fəaliyyətinin sürətli inkişafına dəstək üçün zəhmətsevərlik vahidinin hesablanması üçündür (kredit sistemi). “Ömür boyu təhsil almaq” konsepsiyası çərçivəsində işləməyi bacaran və sistemi davamlı edən ECTS (European Credit Transfer System) qəbul etmək təklif olunur. Bu iştirakçıların fəallığını inkişaf etdirmək böyük əhəmiyyət kəsb edir:
- Avropa regionunda müəllim və digər personalın fəal olmasını təmin etmək;
- Transmilli təhsil standartlarını yaratmaq;
- Uyğun kriteriyaların və metodologiyaların işlənilməsi məqsədilə keyfiyyətin təmin olunmasında Avropa əməkdaşlığına kömək etmək;
- Avropa ali təhsilinə, əsasən də dərs planlarının inkişaf etdirilməsi sahəsinə, institutlararası əməkdaşlığın, ümumi təhsil proqramının və sürətlilik sxeminin, təcrübi hazırlığın və elmi tədqiqatların aparılmasına ciddi nəzarəti təmin etmək.
Ölkələr Bolonya sisteminə könüllü olaraq, müvafiq bəyannamənin imzalanması yolu ilə qoşula bilər. Bu zaman həmin ölkələr bəzi öhdəlikləri üzərilərinə götürürlər. Öhdəliklərdən bəzilərinin zaman məhdudiyyəti var.
Hansı ölkələr?
“Avropa ali təhsil məkanı” Bolonya sisteminin və bəyannaməsinin iştirakçıları bu ölkələrdir: Albaniya, Andorra, Ermənistan, Avstriya, Azərbaycan, Belçika, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Vatikan, Macarıstan, İslandiya, İspaniya, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Çernoqoriya, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Makedoniya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniya.
Ölkəmizdə isə...
Azərbaycan Bolonya Bəyannaməsini imzalayanda onun bəzi müddəaları, prinsipləri artıq ölkəmizdə tətbiq olunurdu. Belə ki, 1992-ci ildə qəbul olunmuş “Təhsil haqqında” Qanuna əsasən ikipilləli ali təhsilə, çoxballı qiymətləndirmə sisteminə keçilmiş və bu sahələrdə xeyli müsbət təcrübə toplanmışdı. 2005-ci ildən isə bu sahədə aparılan işlərin Bolonya sisteminin tələblərinə uyğunlaşdırılmasına, bəyannamədə nəzərdə tutulan digər müddəaların, o cümlədən kredit sisteminin (Avropa Kredit Transfer Sisteminin) tətbiqinin, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsinin, mobilliyin genişləndirilməsinin, ixtisasların və diplomların qarşılıqlı tanınmasının, diploma əlavələrin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılmasının, məzunların işlə təminatına nail olunmasının, ali təhsil sisteminin cəlbediciliyinin təmin edilməsinin gerçəkləşdirilməsinə başlanılıb. İlkin mərhələdə ölkənin 10 ali məktəbində bəzi ixtisaslarda eksperimental qaydada tətbiq olunan kredit sistemi sonra bütün ali məktəbləri və ixtisasları əhatə edib. Prosesin tətbiqi ilə bağlı bir sıra normativ sənədlər hazırlanaraq təsdiq edilib.
Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən də ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiya prosesi və Bolonya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədi ilə ölkə başçısı tərəfindən 31 yanvar 2008-ci il tarixində “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalanıb. Həmin sərəncama əsasən “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” qəbul olunaraq icrası təmin edilib. Bütün bunların nəticəsi olaraq deyə bilərik ki, son illərdə Bolonya prosesi ölkəmizdə tam tətbiqini tapıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Dünya
31 İyul 10:19
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45

