Xaricdə və bizdə təhsil - Həm ziyarət, həm ticarət baxışı
11.03.2022 [11:22]
İlhamə HƏKİMOĞLU
Tanıdığım bir neçə nəfər var. Orta məktəbdə uğurlu təhsil ala bilməsələr də, Belorusda, Ukraynada, Gürcüstanda tibb təhsili alıb ölkəyə həkim kimi qayıtdılar. Nə dərəcədə keyfiyyətli kadr olmaları barədə söz deyə bilmərəm, bircə onu bilirəm ki, pandemiya ilə əlaqədar rahatlıqla iş tapıb, özlərini həkim kimi təsdiq etdirdilər. Onlar kimi minlərlə gəncimiz var. Azərbaycandan xarici ölkələrdə oxumağa gedənlərin sayı 41 min nəfərdir. Onun 21 min 600 nəfəri Türkiyədə, 8 mini Ukraynada, 4 mini Rusiya və 4 mini də Gürcüstanda oxuyur.
Bu şəxslərin hər biri xarici ölkələrdə təhsil almaq üçün xeyli vəsait sərf edirlər, başqa sözlə, ölkəmizin büdcəsinə gedəsi vəsait, başqa ölkələrin büdcəsinə daxil olur. Bəlkə də ona görə ki, bizdə ali təhsil almaq imkanları çox mürəkkəbləşdirilib?
2020-ci ildə Azərbaycanda 89 ölkədən 6600 xaricdən gələn tələbə təhsil alıb. Pandemiya ilə əlaqədar bu say xeyli aşağı düşüb. Hazırda Azərbaycanın ali təhsil müəssisələrində dünyanın 101 ölkəsindən 7,4 min nəfərə yaxın əcnəbi tələbə təhsil alır. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edir.
Başqa ölkələrlə müqayisədə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı xeyli azdır. Əcnəbilər tərəfindən bizim ali məktəblərimizin daha az seçilməsinin səbəblərindən biri dünyanın aparıcı universitetlərin reytinqinə düşə bilməməsidir. Ekspertlərin dediyinə görə, universitetlərin böyük əksəriyyətinin yataqxanasının, kampusunun olmaması, buna rəğmən əcnəbi tələbələr üçün nəzərdə tutulan təhsil haqqının həddindən artıq yüksək olması da, bu məsələdə mühüm rol oynayır. Hazırda xarici tələbə sayı BDU-da, Tibb Universitetində, Xəzər Universitetində, Bakı Ali Neft Məktəbində daha çoxdur. Onlar əsasən Pakistan və Türkiyə vətəndaşlarıdırlar. Azərbaycana gələn xarici vətəndaşlar aqrar sahə, neft-qaz, tibb ixtisasları üzrə təhsilə üstünlük verirlər. Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, İqtisad Universiteti də xarici tələbələrin marağını cəlb edir.
Xarici ölkədən tələbə qəbulunun yüksək olması təhsilin keyfiyyəti və əlçatanlığı ilə düz mütənasiblik təşkil edir. Bu, həm iqtisadi faydadır, həm də ölkənin reklamıdır.
Qonşu Gürcüstanda Azərbaycandakından dəfələrlə çox xarici tələbə təhsil alır.
“Azərbaycana ona görə maraq göstərmirlər ki, bizdə xarici ölkə vətəndaşlarına təqdim edilən təhsil haqqının ən ucuzu 4 min manatdır. Tutaq ki, tibb ixtisaslarına Azərbaycan vətəndaşları 4000-4500 manat, xarici tələbələr isə 5000-6000 manat ödəyirlər. Türkiyədə bir ixtisas üzrə təhsil haqqı 300 manat, Gürcüstanda 400 dollar olduğu halda, əcnəbi tələbə niyə Azərbaycana gəlsin? Deyək ki gəldi, xarici tələbə harada qalacaq? Xarici tələbələr üçün təhsil haqqı qiyməti əlçatan deyil, yaşayış yeri problem? var, eyni zamanda, tədrisin ingilis dilində olan bölmələri yüksəkkeyfiyyətli deyil”. Bu fikirləri “Yeni Azərbaycan”a təhsil eksperti Kamran Əsədov səsləndirib.
Ekspert bildirib ki, Azərbaycana oxumağa gələnlərin diplomları öz ölkələrində heç bir problem olmadan tanınır: “Öz ölkələrinə qayıtdıqdan sonra, diplomları tanınsın deyə oxuduqları ixtisas üzrə yetərlilik imtahanı verməlidirlər. Necə ki, Azərbaycan vətəndaşları xarici ölkələrdə təhsil alırlar və onların diplomları ölkəyə döndükdən sonra araşdırılır, təxminən eyni qayda xarici ölkələrdə də tətbiq olunur. Yəni öz ölkələrinin normativ-hüquqi aktları çərçivəsində bilik və bacarıqları yoxlanılır. Azərbaycan artıq bəzi ixtisaslar üzrə uyğunsuzluğu tamamilə aradan qaldırıb. Tutaq ki, Tibb Universitetində müalicə işi ixtisası var. Bu ixtisası bitirən şəxs gedib Türkiyədə ona görə ekvivalentliyini müəyyənləşdirə bilmirdi ki, həmin ixtisasın adı uyğun gəlmirdi. Ona görə də həmin ixtisasın adını dəyişib tibb ixtisası etdilər. Bizdə ixtisasın adı, təhsil müddəti və keçirilən fənlərlə bağlı problem yaranırdı. Hazırda bu sahədə heç bir problem yoxdur və uyğunsuzluqlar aradan qaldırılıb”.
Azərbaycanlılar üçün xaricdə təhsili cazibədar edən bir neçə amil var - yüksək keyfiyyət, xarici ölkədə yaşamaq, dünyagörüşünü genişləndirmək şansı və ən əsası da attestatla qəbul imkanları. Necə ki, bizim vətəndaşlarımıza xaricdə təhsili bu amil əlçatan edir, əcnəbiyə də bu şansı biz vermişik. Xaricdə təhsillə bizimki arasında fərq ondadır ki, onlarda qəbul qaydaları bizdəki qədər sərt deyil. Hətta ilkin biliklərin yoxlanılması ilə kifayətlənən ölkələr var. Biz nə üçün bu təcrübədən yararlanmayaq? Qəbulu asan edib, diplom almaq prosesini çətinləşdirsək, yəni təhsilin keyfiyyətini maksimal dərəcədə yüksəltsək, həm dünyaya səs salarıq, həm də xaricə üz tutan abituriyentlərimizin sayı azalar. Necə demişdi babalarımız? Yeməyənin payını yeyərlər. Öz işıqlı beyinlərimizi öz əllərimizlə qızıl sinidə dünyaya töhfə verməməliyik. Axı gedənlərin heç də hamısı geri dönmür.
Sinqapurun təhsil naziri ali təhsil almış oğlanlar ailə qurarkən onların həyat yoldaşları ilə goruşüb bu oğlanları qorumağı tövsiyə edir. Onları milli sərvət, ölkənin gələcəyi adlandırır. Yaxşı praktikadır. Nəzərə alsaq ki, bizdə əlində diplomu olan bir çox qızlar ailə qurandan sonra işləmələrinə icazə verilmir, bir çox oğlanlar da ixtisasları üzrə iş tapa bilmir, bir qrupu da gedib xaricdən geri gəlmirsə, “milli sərvətimiz”i, parlaq beyinləri itirmiş oluruq. Barı təhsil almaq məsələsində uduzmayaq.
Xəbər lenti
Hamısına baxGündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51

