Azərbaycanın ən əziz qonağı - Əziz Sancar
07.12.2021 [11:06]
Şuşa bütün Türk Dünyasının mədəniyyət paytaxtı olacaq!
MÜŞFİQƏ
“Hər zaman Azərbaycanın yanındayam”-deyən dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancar 4 ildən sonra yenidən Bakıya gəldi. Azərbaycan bayraqlı döş nişanını taxması Azərbaycana olan xoş münasibətinin bir növ əlaməti idi. Adı kimi özü də əziz olan professor ilk türk kimi elm üzrə Nobel mükafatını almaqla Azərbaycan da daxil olmaqla, bütövlükdə Türk Dünyası dünya elminin zirvəsində təmsil olunmasını təmin edib. Bundan başqa, 420-dən çox elmi məqaləyə, 33 mindən çox elmi istinada malik olan, Hirşa indeksi isə 99-a çıxan Əziz Sancar fotoliyaz təmir mexanizmini kəşf etmək üçün 40 il, DNA ikili kəsim mexanizmini kəşf etmək üçün 35 il, kriptokrom və period proteinlərinin funksional mexanizmini kəşf etmək üçün isə 16 il zaman sərf edib.
“Qarabağ hər birimizin ürəyində, düşüncəsindədir”
“Azərbaycan 30 ildən sonra öz doğma torpaqlarına qovuşdu. Biz bu gün şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik”. Bu fikirləri Nobel mükafatı laureatı Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunan “UNEC İqtisadi Forumu”nda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Qarabağ hər birimizin ürəyində, düşüncəsindədir. Qarabağı düşünmədən, Qarabağda olub-bitəni bilmədən, burada danışa bilmərik: “Azərbaycan müharibədə qalib gəldi. Azadlıq verilməz, Azadlıq qazanılır. Torpaq verilməz, torpağı qazanarsan həqiqətini ortaya qoydu. Türk Dünyasında türk istiqlal müharibəsindən sonra Qarabağ müharibəsi dünyaya bu mesajı verdi. Artıq torpağımızı ala bilməzsiniz, torpağımızı özümüz alacağıq və bunu etdik. Azərbaycanlı qardaşlarımız bunu etməklə bütün dünyaya dərs verdi”.
Əziz Sancar Əziz Şuşada!
Forum çərçivəsində Əziz Sancar Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə birgə işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etmişdi. Şuşanın havasını ciyərlərinə çəkən qonağımız Bakıya qayıdar-qayıtmaz mətbuat konfransı keçirib. Şuşanın bütün Türk Dünyasının mədəniyyət paytaxtı olacağını deyən alim bildirib ki, bu qələbə tək Azərbaycanın deyil, bütün Türk Dünyasının qələbəsidir: “Qarabağ müharibəsini 44 gün müddətində yaxından izləmişəm. Mənim üçün Qarabağ münaqişəsi, Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra Türk Dünyasının ən böyük zəfəridir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Hesab edirəm ki, bütün Türk Dünyasının mədəniyyət paytaxtı olacaq. Mən söz vermişdim ki, Şuşaya gedib namaz qılacağam. Çox şükür ki, bu arzumu yerinə yetirə bildim”.
Görüş üçün Prezident İlham Əliyevə təşəkkür edirəm.
Konfransda Əziz Sancar Prezident İlham Əliyevlə görüşü barədə də açıqlama verib. O bildirib ki, 44 günlük müharibədə Azərbaycan haqq mübarizəsi aparıb və qalib gəlib: “Görüş üçün cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Biz görüş zamanı Qarabağ döyüşündən, ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı heç bir şey etməməsindən, ikiüzlülüyündən danışdıq. Əgər addım atmasaydıq, Qarabağ Ermənistanın işğalı altında qalacaqdı. Şükür, bu gün torpaqlar geri qayıdıb. Əvvəlcə elmdə qüvvətli olmalısan. Əgər elmdə güclü olmasan, mübarizə apara bilməzsən. İlham Əliyev də bunu deyirdi. Mən “biz türklər” dedikdə Azərbaycan, Türkiyə və digər türk dövlətlərindən danışıram”.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Sancar “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunmuşdu.
Ə.Sancarın bu səfəri Türkiyə mediasında da böyük rezonans doğurub. Belə ki, “Prof. Dr. Aziz Sancar Azerbaycan’da Aliyev ile görüştü”, “Prof. Dr. Aziz Sancar: Azerbaycan, topraklarını işgalden kurtararak dünyaya ders verdi”, “Aziz Sancar’dan işgalden kurtarılan Şuşa’ya ziyaret”, “Aziz Sancar: Karabağ zaferi, Kurtuluş Savaşı’ndan sonra Türk Dünyasının en büyük zaferidir” və s. başlıqlı xəbərlər manşetlərdə yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

